Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan müğənnisi 35 min manatlıq əşyanı klipə çəkdi
Tarix: 16-04-2015 | Saat: 00:55
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Azərbaycan müğənnisi 35 min manatlıq əşyanı klipə çəkdi
Xeberaz.az Müğənni Aytac Vidadiqızı Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrini toplayaraq "Bezdim, gəlmə" adlı yeni klipini təqdim edib.
Klipin çəkiliş prosesi Gürcüstanın paytaxtı Tiflis şəhərində həyata keçirilib. Jurnalistlərin suallarını cavablandıran müğənni Simsar.az-a açıqlamasında sevgidən bəhs edən mahnının həyatına aid olmadığını da etiraf edib:
"Mahnının sözlərinin həyatım ilə heç bir əlaqəsi yoxdur. Əslində bu mahnı 4 il əvvəl bəstələnib. Mən heç vaxt şəxsi həyatımdan danışmağı, şəxsi həyatımla gündəmə gəlmək niyyətində olmamışam. Bu sadəcə bəyəndiyim əsərdir ki, onu heyranlarıma təqdim etmək istədim".

Klipdə müğənninin tərəf müqabilini gürcü model, "Mister Şarm 2004" Umanço canlandırıb. İfaçı dəyəri 35 min manat olan əntiq əşyanın da klipə çəkildiyini bildirib: "Gürcüstanda klipin çəkiliş prosesinin həyata keçirilməsində orada yaşayan Aysel xanım bizə kifayət qədər kömək etdi. Klipdə rejissora telefonla danışdığım yerdə kadrlar lazım idi. Birdə gördük çox qədimi bir telefon ilə Aysel bizə yaxınlaşdlı. Sonradan bilmişəm ki, bu dəyəri bizim pul ilə 35 min manat olan əsl qızıldan hazırlanmış əntiq saat imiş"'

Qeyd edək ki, mahnının sözləri Nigar Tağıya, musiqisi isə Aytac Vidadiqızının özünə məxsusdur. Klipin rejissoru Elnur Əliyevdir.


Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___