Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda sürücülər üçün unikal mobil şəbəkə (VİDEO)
Tarix: 20-03-2016 | Saat: 14:25
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycanda sürücülər üçün unikal mobil şəbəkə (VİDEO)


Azərbaycanın yol hərəkəti iştirakçıları üçün nəzərdə tutulan milli mobil sosial-kommersiya şəbəkəsi - YOL startapı fəaliyyətə başlayır.

Layihə rəhbəri Samir Muxtarzadə bildirib ki, layihənin əsas məqsədi sürücülərlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı üzrə təcili əlaqə imkanının, yol hərəkəti iştirakçılarının tematik sosial ünsiyyəti və qarşılıqlı yardımı üçün mobil meydançanın, profilli kommersiya üçün effektiv instrumentlərin, profilli reklam üçün yeni imkanların yaradılmasıdır. YOL avtomobil sürücülərinə həmişə əlaqədə olmaq, suallarına tez bir zamanda cavab almaq, yeniliklərdən xəbərdar olmaq və effektiv ünsiyyət imkanı yaradır.

YOL platforması faydalı məlumatlar əldə etmək, bilik və təcrübənizlə bölüşmək, yeni insanlarla tanış olmaq, kömək alıb digərlərinə kömək göstərmək, qazanmaq və qənaət etmək üçün ən səmərəli üsul təqdim edir.

Yol hərəkəti iştirakçıları arasında tematik ünsiyyət. Siz digər yol hərəkəti iştirakçıları ilə 170-dən artıq "Müzakirə” adlanan mövzular üzrə rubrikalarda istənilən məsələ üzrə ünsiyyət saxlaya bilərsiniz. Sosial şəbəkə üçün bütün zəruri funksiyalar arsenalı sizin sərəncamınızdadır. Postlar dərc etmək, postlara foto, kontakt, yerləşmə, emodji və nəqliyyat vasitənizin parametrlərini qoşmaq, həmçinin postlara şərh, şərhlərə cavab əlavə etmək, eləcə də postları və şərhləri bəyənmək imkanı yaradılıb. Abunə olduğunuz Müzakirələrdəki postları özündə cəmləşdirən Xəbər Lenti bölməsində sizə maraqlı olanı görəcəksiniz.

Çevik naviqasiya, Müzakirələrin kateqoriyalar üzrə bölünməsi, "Seçmə postlar" funksiyası, Müzakirəyə Lentdəki postdan birbaşa keçmə imkanı, açar sözlər üzrə bütün postlarda axtarış – siz heç vaxt azmayacaqsınız və istədiyinizi tapacaqsınız.

Analoji avtomobil sahibləri ilə ünsiyyət. Avtomobilinizi profilinizə əlavə edin və eyni model sahibləri ilə daimi əlaqədə olun. Məsələn, Audi Q7-nizi profilinizə əlavə etmişsinizsə siz avtomatik olaraq "Audi Q7” qrupunun üzvü olursunuz. Maşınınız üzrə suallarınızı uyğun auditoriyaya verin, biliklərinizlə və faydalı məlumatlarla bölüşün, təcrübəsiz avtomobilistlərə təmir və istismar xətalarından uzaq olmağa kömək edin.

Sürücü ilə təcili əlaqə: Avtomobilinizi yalnış yerdə park etməmək üçün avtomobilinizi profilinizə əlavə edirsiniz və digər sürücülər sizinlə saniyyələr içində əlaqə saxlaya bilir. "Təcili çağırışlar” funksiyası maşının nömrəsi üzrə standart mətnli "050-2189594 avtomobilinizə yaxınlaşmağınızı xahiş edir (10-DD-767)” məzmunlu pulsuz SMS göndərməyə imkan verir.

Avtomobil tanışlıqlar: Siz öhdəliklərdən azadsınız və sizinlə tanış olmaq təşəbbüslərinə etiraz etmirsiniz? Sükan arxasında gördüyünüz qız və ya oğlan xoşunuza gəlir və onunla tanış olmaq istərdiniz? O zaman "Nəqliyyat nömrəsi üzrə mesajlar" funksiyası sizin üçündür. YOL sosial şəbəkəsində birinci dərəcəli prioritet istifadəçilərin təhlükəsizliyinin mühafizəsidir. Bu səbəbdən qeyd olunan funksiya bütün istifadəçilər üçün qabaqcadan söndürülmüş vəziyyətdədir. Avtomobil nömrəsi üzrə mesajlar alıb-göndərmək üçün sazlamalar vasitəsilə funksiyanı aktiv etməlisiniz.

Yaxın gələcəkdə YOL platfromasına özünüzü ifadə etməyə və fərqlənməyə kömək edəcək maraqlı sosial və qazanıb-qənaət etməyə imkan verəcək effektiv kommersiya funksiyalar da əlavə ediləcək.

Qeyd edək ki, Yol startapının həm iOS, həm də Andorid tətbiqi istifadəyə verilib. "Əhatəli İstifadəçi Razılaşması” da saytda yerləşdirilib. YOL servisi üç dildə fəaliyyət göstərir.



Xəbəri paylaş

7778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___