Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşağınızın gələcəkdə oğru olmağını istəmirsinizsə...
Tarix: 17-03-2016 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm / Qadınlar / M2 | çapa göndər

Uşağınızın gələcəkdə oğru olmağını istəmirsinizsə...


Uşaqlarınızın başqalarının əşyasını icazəsiz götürməsinə laqeyd yanaşır, ya da çox sərt reaksiya verirsinizsə, onda davranış pozuntusu yarada bilərsiniz.

"Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, 7-8 yaşına qədər uşaqlarda başqasının əşyasını icazəsiz almaq kimi davranışlar çox görülür. Ancaq bu vəziyyətə valideyn tərəfindən sağlam münasibət göstərilməzsə, irəlidə bu davranış "oğurluq" olaraq davam edə bilər.

Valideyn uşağının bu hərəkətinə layiqli münasibət göstərməzsə, irəli yaşlarda uşaq ailəsinin pulunu icazəsiz götürməyə, başqalarının dəyərli əşyalarını götürüb özününkü kimi istifadə etməyə başlayacaq. Bu cür davranış pozuntusunun əsas qaynağı uşağın kiçik ikən dostunun əşyasını götürüb evə gətirdiyində ailəsi tərəfindən heç bir reaksiya göstərilməməyi ola bilər.

Bütün bu hallarda uşağa uşaq kimi yanaşıb elə davranmaq lazımdır

Dostunun əşyasını götürüb evə gətirən uşaq "dostum hədiyyə etdi, elə-belə aldım, qaytaracam" deyə bilər. Təhqir etmədən, döymədən, qorxutmadan əşyanı sahibinə geri qaytarmalı olduğunu ona anlatmaq lazımdır. Əşyanın onun olmadığı məsələsində inadkar və qərarlı olun. "Sən götürdün, sən oğurladın, tez geri qaytar" kimi sərt reaksiya vermək heç düzgün deyil. Uşaq "niyə etdin?" sualına niyə etdiyini özü də bilmədiyi üçün cavab verə bilməz. Bunun yerinə "Əgər geri qaytarsan, səninlə qürur duyaram" şəklində bir yanaşma sərgiləyin. Əşyanı siz deyil, özü geri versin.

Otağına icazəsiz girməyin

Uşaqda sahib olma duyğusu formalaşmalıdır. Uşağın özünə aid əşyaları olmalıdır və bacı-qardaşı da ondan icazəsiz götürməməlidir. Uşaqların oyuncaqları ayrı olmalıdır. Valideyn belə, uşağın otağına icazəsiz girməməlidir.
Uşağınıza kiçik yaşlarından almaq istədiyi şeyi sizdən soruşduqdan sonra ala bilmə vərdişini aşılayın. Qonaq gedəndə, ya dükanda hər şeyə əl vurmasına icazə verməyin.

Ona yanlışını deyin

Uşaq dostunun maşın və digər əşyalarını gizli götürüb sonra qaytarmağı unuda bilər. Bu davranış sonra gerçək oğruluq vərdişinə dönüşə bilər. Ana-ata bunun yanlış davranış olduğunu dilə gətirməli, uşağa anlatmalı, eyni şeyin onun da başına gəldiyində nələr hiss edəcəyi haqqında danışmalıdır. Uşağın götürdüyü əşyanı geri verənə qədər istifadə etməməli olduğu, başqasının əşyasını götürdüyü halda qarşı tərəfin nə qədər üzüləcəyi və nələr hiss edəcəyi, nəticədə nələr ola biləcəyi məsələsində onunla danışın. Valideyn olaraq uşağın ehtiyaclarını yazacağı bir siyahı tərtib edin. Uşağa ehtiyaclarını qarşılamağın vaxt alacağını da bildirin. Başqalarının əşyalarını götürməsilə bağlı hekayə anladın.

Bu cür davranmayın

Sərt qayda-qanun hökm sürən, yaxud ümumiyyətlə, heç bir qayda-qanunun olmadığı ailədə böyüyən uşaq bilmədən, ya da "dəyər və özgüvən qazanma" duyğuları nəticəsində oğurluğa meylli olur. Göstərilən sevgi və diqqətin yetərli olmamağı nəticəsində uşaq bu duyğuları qazanmaq üçün "icazəsiz götürməyə" yönələ bilər.

Ana-atanın mənfi davranışları bu meyli daha artırır. Özünü dəyərsiz hiss edən uşaq sevdiyi əşyaları icazəsiz götürərək, dəyər və özgüvən qazanmağa çalışır.
Uşağa qarşı pulu təhdid ünsürü olaraq istifadə etmək uşağın maddi şeylərə marağını artırır


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___