Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağça müdirəsi valideynin qisasını 4 yaşlı körpədən alır?-FOTO
Tarix: 17-03-2016 | Saat: 12:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bağça müdirəsi valideynin qisasını 4 yaşlı körpədən alır?-FOTO

Samirə Qurbanova: «Oğlum Əlinin gün boyu «pampersi» dəyişdirilmədiyindən, pis hala düşüb»

Hələ bir müddət əvvəl Binəqədi rayonunda yerləşən 151 saylı Uşaq Bağçasında neqativ halların yaşanması barədə mətbuatda məlumat yayılmışdı. JAM.AZ xəbər verir ki, həmin məlumatlarda bağçanın müdirəsi Venera Xəlilovanın validyenlərdən pul yığdırması və digər işlərlə məşğul olduğu vurğulanırdı.

Qeyd edək ki, bu məlumatların ortaya çıxmasının səbəbkarı isə Binəqədi rayonunda yaşayan Samir Qurbanova olub. Onun uşağı həmin bağçaya gedirmiş və bunun müqabilində ondan hər ay 100 manat pul alınırmış.

O bildirirdi ki, 4 yaşlı oğlunu ötən ilin mayında 151 saylı bağçaya yazdırmaq istəyərkən, ondan bəri başdan 500 manat, ayda isə 100 manat istəyiblər. «Bağça müdirinin bu şərtləri ilə razılaşdım. 500 manat verib oğlumu bu bağçaya qəbul etdirdim. Həmin tarixdən, yəni 2015-ci ilin may ayından dekabr ayına kimi bağçaya hər ay 100 manat ödədim. Sonuncu aylar maddi problemlərim olduğu üçün bağçanın aylığını verə bilmədim. Maraqlandım ki, sən demə bağça ödənişsiz imiş, yəni dövlətdən maliyyələşirmiş. Oğlum bir neçə gün müəyyən səbəblərə görə bağçaya gedə bilmədi. Mənə zəng elədilər ki, uşağın nəyə görə bağçaya gələ bilmədiyi haqda arayış al gətir, əks təqdirdə uşaq bağçadan xaric ediləcək. Sonradan mənə bəlli oldu ki, əslində arayış bəhanədir, aylığı vermədiyim üçün uşağı bağçadan çıxarıb yerinə başqasını götürmək istəyirlər».

Bildirək ki, bununla bağlı bəzi araşdırmalar da aparılmışdı. Məlum olmuşdu ki, Venera Xəlilova özünü Səbayel rayonunun icra başçısı Eldar Əzizovun qohumu kimi təqdim edir. İşə isə dəyəri 63 min manat olan «Audi Q7» markalı avtomobillə gedib, gəlir. Bundan başqa, bağçanın müdirəsi Binəqədi Sosial Müdafiə Mərkəzinin direktoru Yusif Xəlilovun həyat yoldaşıdır. Düzdür, Yusif Xəlilov həmin vaxt məlumat yayanı tapacağını, sonra isə onu doğrayacağını bildirmişdi.

Nəzərinizə çatdıraq ki, hadisələrin qızğın vaxtında Samirə Qurbanova şikayətçi olduğu üçün Venera Xəlilova tərəfindən təhdid və təhqir olunurmuş. Bunu şikayətçi özü də təsdiqləyib. «Venera xanım bu gün mənə zəng vurdu ki, bağçaya gəl. Mənim də vaxtım olmadığı üçün gedə bilmədim. Dedi ki, sən bağçaya gəlməlisən, müəllimlərlə söhbət etməlisən. Anlaşmazlıq olubsa, aradan qaldırarıq. Amma mən bağçaya gəlməyəcəyimi söylədim. Elə bu vaxt müdir səsinin tonunu qaldırdı və dedi ki, sən şantajla məşğulsan. Yazıda kimlərinsə adını çəkmisən, şəkil vermisən. Məni prokurorluğa, məhkəməyə verəcəyi ilə hədələdi. Bağça müdiri mənim ünvanıma olmazın ifadələr işlətdi. Hüquqları pozulan tərəf mənəm. Nə məhkəmədən, nə prokurorluqdan qorxuram».

Bu əsnada, Xalqxeber.az maraqlı bir məlumat yayıb. Həmin məlumatı verən isə elə Samirə Qurbanovadır. O bildirib ki, Venera Xəlilova baş verənlərdən dolayı qisasçılıq hissini itirməyib. Əksinə, onun 4 yaşlı körpəsi Əli Hüseynliyə qarşı biganə yanaşılıb. Bununla bağlı hətta foto da yerləşdirib. «Mənimlə prinsip aparan bağça rəhbərliyi acıqlarını 4 yaşlı körpədən çıxırlar. Gün ərzində balaca körpənin "pampersini" dəyişməyərək, uşağı pis hala salıblar. Valideyn bu barədə aidiyyatı qurumlara məlumat verəcəyini bildirdikdə isə bağça müdiri Venera Xəlilova «get, kimə deyirsən de» söyləyərək, valideyni hədələməyə başlayıb».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Bağça müdirəsi valideynin qisasını 4 yaşlı körpədən alır?-FOTO


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___