Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO
Tarix: 16-03-2016 | Saat: 11:58
Bölmə:Karusel / Maraqlı / M2 / Foto-fakt | çapa göndər

Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO


Dünyanın ən sirli məkanlarından biri ABŞ-ın Nevada ştatındakı "Area 51" sayılır.

ABŞ Hərbi-Hava Qüvvələrinin Edvard aviabazasının bir hissəsi sayılan bu hərbi baza Las-Veqas şəhərindən 133 km cənub-qərbdə, Qrum-Leyk quru duzlu gölünün sahilindədir. Birləşmiş Ştatların Müdafiə Nazirliyinin rəsmi açıqlamalarına görə, "Area 51"də eksperimental uçan aparatlar və silah sistemləri hazırlanır.

"Area 51" Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində "Dreamland", "Paradise Ranch", "Home Base", "Watertown Strip", "Groom Lake" və "Homey Airport" da adlandırılır.

Bu bazada yadplanetlilərin uçan naməlum obyektinin (UNO) gizlədildiyi və məxfi şəkildə araşdırıldığı barədə onillərdən bəri iddialar səngimək bilmir.

İndisə həmin iddiaları təsdiqləyə biləcək dəlillərin aşkarlandığı deyilir.

"Xəbəraz.az " İnquistir-ə istinadən bildirir ki, "Area 51"in çox ciddi qorunan və mövcudluğu sirr kimi saxlanan anqarlarından birində amerikalı kinorejissor Corc Lukasın "Star Wars" kinosaqasında Han Solonun idarə etdiyi "Millennium Falcon" kosmik gəmisinə bənzər uçan aparat görülüb.

Google Maps proqramında 36°55'35.30″N 116° 0'25.41″W koordinatlarında, 54-cü anqarın qarşısında bu aparat aşkar sezilir.

Aparatın diametrinin 30 metr olduğu deyilir.

"Area 51"in sabiq əməkdaşlarının dediklərinə görə, həmin müəmmalı aparat 1989-cu ildən bəri bazadadır və ciddi şəkildə mühafizə olunur.

2010-cu ildə tanınmış ekspert Skott Uorinq "Area 51"də, 36 ° 55'35.30 "N 116 ° 0'25.41" W koordinatlarında sirli, nə üçün istifadə olunduğu bilinməyən aparatın olduğunu demişdi.
UFO Sightings Daily-nin məlumatlarına görə, "Millennium Falcon"a bənzər sirli uçan aparatın saxlandığı anqar "Area S4" adlandırılır.
"Papus gölünə yaxın olan bu anqarda yadplanetlilərin uçan aparatının olduğunu bildirdim. Daha doğrusu, həmin bazada çalışan alimlərin hamısının bundan xəbəri var. Sadəcə, ABŞ-ın hakimiyyət dairələri yadplanetlilərin uçan aparatının araşdırılması barədə məlumatların yayılmasını istəmirlər. Mən fizikəm və zarafat etmək, yalan iddiaları yaymaq niyyətində deyiləm. Faktlarla danışıram. İndi növbə Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinindir. Qoy onlar anqardakı o obyektin nə olduğunu desinlər. Atam 30 il Hərbi-Dəniz Qüvvələrnində xidmət etmişdi. O deyərdi: "Amerikanın qüdrətinin bir parçası da sirli texnologiyalardan yararlanmağımızdır"", - ekspert Bob Lazar deyib.

Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO
Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO
Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO
Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO
Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO


Xəbəri paylaş

1 0208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___