Bakıda bir gündə bütün qumarxanalar bağlandı (FOTO)
Tarix: 16-03-2016 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakıda son bir neçə ayda sürətlə açılan loto-qumarxanaların hamısı bir gündə fəaliyyətini dayandırıb.
Xətai, Nəsimi, Nizami, Yasamal, Sabunçu və bir çox rayonlarında qısa müddətdə şaxələnən loto-qumarxanalar artıq bağlanıb.
"Xəbəraz.az " musavat.com-a istinadən bildirir ki, bu qumarxanaların şəbəkə şəklində fəaliyyət göstərməsi məlum məsələ idi. Qumarxanalara nəzarəti eyni şəxslər həyata keçirirdilər, işçiləri belə, bir neçə gündən bir fərqli məkanlarda gözə dəyirdilər.
Hər ay on minlərlə manat qazancı olan bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsində idi. Buna görə də uzun müddət bu məkanlar haqda yazılar dərc edilsə də, qanunsuz olaraq qumarxanaların fəaliyyətini himayə edənlərin olduğu bildirilsə də, heç bir tədbir görülmürdü. Nəhayət ki, asan pul qazanmaq istəyənlərin "işi” bağlandı.
Əməkdaşımız bu gün bağlanan bir neçə məkana baş çəkib. Xətai rayonunda, "Həzi Aslanov” metrostansiyasının çıxışındakı "Samovar” çay evinin qapıları bağlanıb. Çay evi adı ilə açılan bu məkan loto-qumarxana kimi fəaliyyət göstərirdi. Yaxınlıqdakı taksi sürücüləri bildirdilər ki, məkan təxminin 3 gün əvvəl bağlanıb.
4 ildir ki, bu ünvanda taksi sürücüsü kimi fəaliyyət göstərən 64 yaşlı Nazim Qasımov deyir ki, bu obyektin bağlanması bütün sakinləri sevindirib:
"Bağlanması lap əla oldu. Qadın, uşaq burdan keçə bilmirdi. Səhər saatlarına qədər oynayırdılar. Təşkil edənlər qazanırdı, oynayanlar bədbəxt olurdu. Çox gec bağladılar”.
"Neftçilər” metrostansiyasının çıxşındakı loto-qumarxana da bağlanıb və artıq obyekt icarəyə verilir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qumarxananın da qapılarına qıfıl vurulub. Həmçinin Yasamal və Binəqədi rayonlarındakı qumarxanalar da bağlanıb.
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

7-07-2017, 18:00
Hamburqda G20 sammiti keçirilir
4-12-2018, 22:44
Müğənni Nüşabə Musayevanın ailəsində ağır itgi...
24-02-2017, 18:56
Mehriban Əliyeva: "Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir"
13-03-2022, 13:36
Rusiya Lvovu da vurdu: Ukrayna yenə NATO-ya müraciət etdi
27-09-2016, 10:53
Türkel Kərimlinin ABŞ sərgüzəştlərindən ŞOK FAKTLA
24-09-2016, 16:53
Avtomobil iki qardaşı vurub öldürdü-NAXÇIVANDA
25-04-2017, 13:25
7 xəstəliyə çarə olan QULANÇAR
29-05-2021, 11:14
Dırnaq qaynağı etdirən xanımlara həkim xəbərdarlığı - Foto
23-02-2016, 20:43
İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi
13-06-2020, 11:28
Xırdalanda dələduz maklerlər peyda olub -Polis niyə işə baxmır? - ŞOK FAKT - cənab Vilayət Eyvazovun nəzərinə