“Bakı-2015”-də ambulans-vertolyotlardan istifadə olunacaq
Tarix: 15-04-2015 | Saat: 21:20
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Onlar artıq hazır vəziyyətdədirlər.
Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları zamanı zərurət yaranacağı halda tibbi yardım xidmətinin təşkili məqsədilə ambulans vertolyotlardan da istifadə ediləcək.
Xeberaz.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidov deyib.
Onun bildirdiyinə görə, fövqəladə hallarda həmin vertolyotlardan istifadə ediləcək. Onlar artıq hazır vəziyyətdədirlər.
M.Həmidov deyib ki, Avropa Oyunları ilə bağlı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.
Onun sözlərinə görə, Oyunların əsas hissəsi Bakı şəhərində keçiriləcəyi üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları artıq hazır vəziyyətə gətirilib. Bakıda Avropa Oyunlarına 25 həkim briqadası cəlb olunub.
M.Həmidov bildirib ki, Avropa Oyunları zamanı avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərində də Respublika Təcili Yardım Stansiyasının tibbi briqadası növbə çəkəcək: “Oyunların keçiriləcəyi müddət üçün Səhiyyə Nazirliyinin Təcili Yardım Stansiyanın mütəxəssislərinin növbətçilik rejimi də müəyyənləşdirilib”.
Direktor deyib ki, Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının həkimləri artıq Avropa Oyunlarına hazırdırlar. Həmin həkimlər Bakı şəhərində müvafıq təlimlərdən keçiblər.
M.Həmidov həmçinin deyib ki, tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, təcili tibbi yardım xidməti həkimləri üçün ingilis dili kursları da təşkil edilib. Artıq kurslar başa çatıb.
Xəbəri paylaş
7068 dəfə oxunub.
Digər xəbərlər

17-11-2017, 20:56
Azərbaycanda benzinin qiyməti bahalaşıb
22-05-2017, 13:35
Gülüstan Əliyevadan meyxanaçıya sərt cavab: "Özün bilirsən sən kimsən"
3-04-2019, 17:24
Müsavatın mitinqinə icazə verilmədi
8-06-2016, 15:21
Şəhid ailələrinə ev verildi - Foto
31-05-2016, 16:41
İranda ana dili inqilabı: nə dəyişəcək?
11-06-2016, 18:53
Bu, Azərbaycanın ən böyük milli sərvətidir - Qut
23-07-2017, 09:27
Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxıldı
25-11-2016, 20:16
Qışda saçlar niyə elektriklənir?
22-02-2016, 12:53
"Eurovision"da QALMAQALLI mahnı olacaq
29-12-2017, 12:07
Bəylər Eyyubova ağır itki