Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hüseyn Dəryasız 2 il - FOTO VIDEO
Tarix: 15-03-2016 | Saat: 09:48
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər

Hüseyn Dəryasız 2 il - FOTO  VIDEO


"Xəbəraz.az " primetime.az-a istinadən xəbər verir ki, mərhum reper Hüseyn Dəryanın ölümündən iki il ötür.

Reper 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailələri 7 nəfərdən ibarət idi. Hüseyn Nəriman Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgərlik xidmətinə yollanıb və Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub. Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən şeir söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edən Hüseynin əsas karyerası 2000-ci ildən başlayıb. Reperin həmin illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. "Kef elə" mahnısı ilə məşhurlaşan Hüseyn böyük fanat ordusuna sahib olub. H.Dərya 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını alıb. O, həmçinin Üzeyir Hacıbəyov diplomuna da sahibdir. Hüseyn eləcə də "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da layiq görülüb. Qəribə də olsa islam dinini yüksək qiymətləndirən mərhum sənətçi Kərbəla ziyarətində olub. "Olum, ya ölüm" adlı klipində də bu nüansların şahidi oluruq.

Qeyd edək ki, reperin ilk həyat yoldaşı Sevda xanımdan Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə Cahangir adlı oğlu var. Əfsanəvi rep ifaçı Hüseyn Dərya 15 mart 2014 -cü il tarixində keçirdiyi ağır yol qəzasından sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin!
Hüseyn Dəryasız 2 il - FOTO  VIDEO





Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___