Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avtobus qəzalarında ölənlərin sayı artıb
Tarix: 12-03-2016 | Saat: 12:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Avtobus qəzalarında ölənlərin sayı artıb

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 2 ayı ərzində ölkədə avtobusların iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı artıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisi qeyd edib ki, 2016-cı ilin yanvar və fevral ayları ərzində respublika yollarında avtobusların iştirakı ilə 20 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 2 fakt, xəsarət sayı 10 fakt azalsa da, ölüm sayı 1 fakt artıb.

K.Əliyev yük avtomobillərinin iştirakı ilə baş verən qəzaların statistikasını da açıqlayıb. Hesabat dövründə yük avtomobillərinin iştirakı ilə 16 qəza baş verib. Nəticədə 6 nəfər ölüb, 14 nəfər yaralanıb. Onun sözlərinə görə, yük avtomobillərinin iştirakı ilə baş verən qəzaların sayı 1, yaralı sayı 4 fakt artıb. Sevindirici hal odur ki, ölüm sayı 4 fakt azalıb.

Qeyd edək ki, 2016-cı ilin ilk 2 ayı ərzində respublika yollarında 267 qəza baş verib. Nəticədə 78 nəfər ölüb, 287 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Xəbəri paylaş

6938 dəfə oxunub.

Digər xəbərlər
2-07-2015, 21:00 AVRO LİQADAN XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___