Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı deputat hədiyyəyə qarşıdır? Maraqlı 8 Mart açıqlamaları – BİZİM SORĞU
Tarix: 09-03-2016 | Saat: 00:42
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Hansı deputat hədiyyəyə qarşıdır? Maraqlı 8 Mart açıqlamaları – BİZİM SORĞU

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Dünyanın əksər ölkələri qeyri-iş günü elan etdikləri 8 martı zərif cinsin nümayəndələrinin bayramı kimi qəbul edib. 8 Mart ölkəmizdə də bütün xanımların əziz bayramı kimi qeyd olunur. Kişilər doğmalarını, əzizlərini təbrik edir, onları müxtəlif hədiyyələrlə sevindirir, diqqət, qayğı göstərir.

Publika.az isə 8 Martla bağlı bir neçə tanınmış simanın, ictimai-siyasi xadimin fikirlərini öyrənib, bu günü necə qeyd etmələri ilə maraqlanıb.

“İmkan olsa, kafedə qeyd edəcəyik...”

Milli Məclisin deputatı Aydın Mirzəzadə ilk öncə ölkə xanımlarını bayram münasibətilə təbrik edib: “Əgər imkan olsa, bu bayramı kafedə ailəliklə qeyd edəcəyik. Adətən mən və oğlum yalnız belə günlərdə yox, ümumiyyətlə, ilin bütün günlərində də ailəmizdəki xanımlara daha çox diqqət ayırmağa çalışırıq. Çalışırıq ki, onlara qarşı həmişə diqqətcil olaq.

8 Martda adətən birlikdə çalışdığım qadınları da yaddan çıxarmıram. Yaxınlarımı, gündəlik rastlaşdığım qadınları təbrik edirəm. Digər xanımlarla isə telefonla əlaqə saxlayaraq onlara ürək sözlərimi bildirirəm. Bəzilərinə səmimi ürək sözlərimi təbrik mesajları ilə göndərirəm”.

“Hədiyyə paylamağı mənasız sayıram...”

Millət vəkili Fazil Mustafa isə Beynəlxalq Qadınlar Bayramına fərqli yanaşır: “8 Mart Beynəlxalq Qadınlar Bayramını özəl qeyd etmirəm. Həmin gün yalnız xanımları şifahi təbrik etməklə kifayətlənirəm. Martın 8-də xanımları bayram əhval-ruhiyyəsi ilə təbrik etmək yaxşı ənənədir. Amma kiməsə hədiyyə verməyi, ümumiyyətlə, hədiyyə paylamağı mənasız sayıram. Məncə, bunu rituala çevrimək yaxşı hal deyil. İnsanları xoş arzularla təbrik etmək kifayətdir”.

“Mesaj yazmaqdan xoşum gəlmir...”

Milli Məclisin daha bir deputatı Araz Əlizadə deyir ki, 8 Mart Bayramında ona yaxın, doğma olan bütün xanımları təbrik edəcək: “Böyük və kiçik bacımı, xanımımı, gəlinimi təbrik edəcəm. Eyni zamanda, oğlum, nəvəm və gəlinim ənənələrinə sadiq qalaraq həyat yoldaşımı təbrik etməyə gələcəklər. Mən özüm iş yoldaşım, tanışım olan xanımları telefon vasitəsilə zəng edərək təbrik edirəm. Çünki mesaj yazmaqdan xoşum gəlmir”.

“İş yoldaşlarıma hədiyyələrimi xanımım seçdi...”

Millət vəkili Tahir Kərimli isə həyat yoldaşına, baclılarına heç bir hədiyyə almaq fikrində deyil: “İlk öncə, fürsətdən istifadə edib bütün Azərbaycan qadınlarını təbrik edirəm. 8 Mart Bayramını ən gözəl, əziz günlərdən biri hesab edirəm. Belə gözəl bayramın Klara Setkin, Roza Lüksemburqla əlaqələndirilməsinə təəssüflənirəm. Təklifi onlar irəli sürsələr də, hər halda, xanımlar üçün əlamətdar günün olmasını vacib hesab edirəm. Xanımlarımız bu bayrama layiqdirlər.

Qadınları ancaq şifahi təbrik edəcəm. Siyasi təşkilatımızın qərargahında toplaşaraq Vəhdət Partiyasının üzvü olan xanımları təbrik etdik. İş yoldaşlarıma hədiyyələrimi xanımım seçdi. Bununla yanaşı, Milli Məclisdəki bir sıra xanımları da 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdik”.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___