Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 dollar 2 manat olacaq
Tarix: 08-03-2016 | Saat: 17:25
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

1 dollar 2 manat olacaq


"Dünya bazarında neftin qiyməti artır, amma buna baxmayaraq, manatın məzənnəsində azalma müşahidə edilir. Çünki dollara tələbat artıb. Bu tələbatı da psixoloji mühit yaradır, çünki üçüncü devalvasiya ilə bağlı məlumat var".

"Xəbəraz.az "-in məlumatına görə, bunu Azadlığa açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. İqtisadçı bildirir ki, Mərkəzi Bankın rəhbərinin açıqlamaları da buna təsir edir:

"Cəmiyyətdə artıq belə bir fikir formalaşıb ki, Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı müsbət tonda danışsa, bu, devalvasiyadan xəbər verir. Elman Rüstəmov manatın məzənnəsi ilə bağlı sonuncu açıqlamasını fevralın 26-da verib, bundan sonra hər gün dollar bahalaşır. Bütün hallarda Mərkəzi Bankın valyuta ehtiyatları azalır və psixoloji 4 milyard həddini keçib. Artıq bazara müdaxilə imkanları da məhdudlaşıb. Hələ ötən ilin dekabrında proqnoz vermişdim ki, dollar 2 manat olacaq, bu proses artıq başlayıb. Mərkəzi Bank artıq buna müdaxilə edə bilməyəcək.".

Mütəxəssisin sözlərinə görə, Mərkəzi Bank ötən il ərzində manatı saxlamaqdan ötrü 12 milyard xərcləyib, amma məzənnəni saxlaya bilməyib: "Manat yenə də təzyiq altındadır. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank bazardan çəkildikcə, manatın məzənnəsində kəskin azalmalar müşahidə edəcəyik".


Xəbəri paylaş

1 2858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___