Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Time” Putini dünyanın ən nüfuzlu şəxsi adlandırdı
Tarix: 14-04-2015 | Saat: 15:43
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 / Məşhurların Taleyi | çapa göndər

“Time” Putini dünyanın ən nüfuzlu şəxsi adlandırdı
İkinci yeri 2NE1 tutub.

Amerikanın “Time” jurnalı Rusiya prezidenti Vladimir Putini oxucu səsverməsi əsasında tərtib edilən dünyanın ən nüfuzlu 100 insanı reytinqində qalib elan edib.

Xeberaz.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə nəşrin saytında bildirilib.

Oxucuların əksəriyyətinin (6,9%) öz səslərini rusiyalı liderə verdikləri bir neçə gün öncə məlum idi, amma rəsmi nəticələr aprelin 13-də açıqlanıb.

Eyni miqdarda səsi 2NE1 pop-qrupundan olan cənubi koreyalı müğənni CL qazanıb, amma o ikinci yeri tutub. İlk beşliyə Ledi Qaqa (2,6%), Rihanna (1,9%) və Teylor Sfift (1,8%) daxildirlər.

Dünyanın ən nüfuzlu 100 insanı siyahısına liderlər ABŞ - Barak Obama (1,4%), AFR - Angela Merkel (0,9%), KXDR – Kim Çen In (0,8%), Ukrayna – Pyotr Poroşenko (0,7%) daxildirlər.

Putinin reytinqdə qələbəsini şərh edən dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kremldə səsvermənin gedişatı izlənilməyib. Bundan başqa o, qeyd edib ki, prezidentin buna reaksiyası ona məlum deyil.

Bununla yanaşı Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Putini fəal şəkildə dəstəkləyib və rusiyalıları ona səs verməyə çağırıb. O, “Bütün dünyaya milli liderimizi necə sevdiyimizi göstərək!”, - deyə İnstagram səhifəsində yazıb.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
27-03-2015, 14:27 Qurban Qurbanov söz verdi.

bütün xəbərlər
____ Instagram ___