Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-in zorladığı qadınlar İŞİD-ə qarşı döyüşəcəklər - FOTO
Tarix: 07-03-2016 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İŞİD-in zorladığı qadınlar İŞİD-ə qarşı döyüşəcəklər - FOTO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mənsublarının təcavüzünə məruz qalan, "kəniz" kimi istifadə olunan və sonucda terrorçulardan qaçaraq azad olan qadınlar indi silahlanırlar. Onlar "Günəş qızları alayı" adlı xüsusi briqada yaradıblar.

"Xəbəraz.az " The Mirror-a istinadən bildirir ki, bu qadınların tam əksəriyyəti yezidlərdir. İŞİD 2014-cü ilin yayında İraqın Sincar bölgəsini ələ keçirəndə bu qadınları kölə etmiş, təcavüzə uğratmış, əşya kimi alıb-satmışdı. Həmin qadınlardan təxminən 2 min nəfəri köləlikdən qaçaraq qurtula bilib.
İŞİD terrorçuları yezidlərə divan tutublar. Onlar ən kiçiyi 8 yaşlı olan yezid qızlarını Yaxın Şərq ölkələrinə seks kölələri kimi satıblar, "yaxşı vuruşan" terrorçulara "hədiyyə" veriblər.
Yezid qadınlar bu dəhşətləri unutmayıblar.
"Günəş qızları alayı" hələ də İŞİD-in əlində olan və kölə kimi saxlanan qadınları azad etmək üçün vuruşacaq.
Hazırda 500 nəfərdən ibarət olan alay xüsusi döyüş hazırlığı təlimlərindədir. Təlimlər başa çatan kimi alay İraqın Mosul şəhərinin ətrafına, İŞİD-lə döyüşlərə göndəriləcək.
"Hələ də çoxlu yezid qadın İŞİD əsirliyindədir. Ailələri bu zavallıları gözləyir. Onları azad etməli, şərəf və ləyaqətimiz üçün intiqam almalıyıq. Başımıza gətirilənlərdən sonra artıq heç nədən qorxmuruq", - alayın üzvü, 19 yaşıl Məsa deyib.
İraqda təqribən 650 min yezid yaşayırdı. 2014-cü ildə İŞİD terrorçuları ən azı 200 min yezidi əsir alıblar və ya öldürüblər.
Hazırda İŞİD-in əsirliyində 4 minə yaxın qadın olduğu deyilir.



5218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___