Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ərim yoxdur, ona görə də..." - Əməkdar artist - FOTO
Tarix: 07-03-2016 | Saat: 16:28
Bölmə:Karusel / Şou-Biznes / M2 / Müsahibə | çapa göndər

"Ərim yoxdur, ona görə də..." - Əməkdar artist - FOTO


Həmişə komik rollarda görünməsinə baxmayaraq, özünü həm də peşəkar dram aktrisası sayır. Baxmayaraq ki, özünü belə rollarla sınamayıb. Amma gözləyir, rejissorların nə vaxtsa, onun potensialını görəcəyinə, üzə çıxaracağına əmindir.

"Xəbəraz.az " əməkdar artist, Musiqili Teatrın aktrisası Nahidə Orucovanın publika.az-a müsahibəsini təqdim edir.

- Seriallara həvəslə çəkilirsiniz?

- Sözün düzü, seriallar maddi cəhətdən məni qane eləmir. Buna görə də, dəvətlərin hamısını qəbul etmirəm. Artıq tələbə yetişdiririk, amma qiymətləndirəndə bizi bəzən nəinki tələbə, hətta yoldan keçənlə bərabər tuturlar. Serialların səviyyəsi ona görə aşağıdır ki, orda peşəkarlar çox azdır. Peşəkar aktyora yaxşı pul versələr, çəkilər və həmin serialın da reytinqi yüksək olar.

- Azərbaycanda çox populyar olan türk seriallarını siz də izləyirsinizmi?

- Yox, yalnız Rusiya seriallarını izləyirəm və çox xoşuma gəlir. Böyük məmnuniyyətlə, Rusiyanın istehsalı olan seriallara çəkilmək istərdim. Təbii ki, dəvət alsam.

- Hər zaman sizi komik obrazlarda görürük. Maraqlıdır, hansısa bir dramatik rolda özünüzü təsəvvür edirsinizmi?

- İnstitutun Dram-kino aktyorluğu fakültəsini bitirmişəm. Sadəcə olaraq, həmin vaxt təyinatla Sumqayıt Dram Teatırnda işlədim. Ailə də qurmuşdum onda. Elə oldu ki, digər teatrlarda yer tapa bilmədim və Musiqili Teatrda işləməyə başladım. Deyilənə görə, onda gözəl səsim də vardı. Həmin teatrda oxumağımı da bəyəndilər. O gündən bu günə Musiqili Teatrda çalışıram.

- Amma dramatik rollarda heç görməmişik. Daxilən özünüzü dramatik rollara hazır bilirsinizmi?

- Bu potensial mənim içimdə yatır və istəyirəm ki, rejissor bunu dartıb üzə çıxarsın. Sözsüz ki, dram, faciə oynamaq istərdim, özü də klassik tamaşalarda. Fərqi yoxdur, ya film olsun, ya səhnə.

- Göründüyünüz kimi pozitivsiniz, yoxsa?

- Çox pozitivəm. Həyatı sevdiyim qədər insanları da sevirəm. Çünki sirkə nə qədər tünd olsa da, öz qabını çatladır. Həmişə çalışıram daxilimi çirkləndirməyim, auramı gözəl saxlayım.

Maşallah, ətli-canlı xanımsınız...

- Yox, mən kök deyiləm, şaqqalıyam, sümüyüm iridir. İdmançı olmuşam deyə əzələli görünürəm. Atamın nəsli də şaqqalıdır, onlara oxşamışam. Dolu xanımların ürəyi yuxa olur.

- Yəni arıqlamağa heç maraq da göstərməmisiniz?

- Yox, bir-iki dəfə cəhd eləmişəm, amma məni görənlər dedi ki, arıqlama, biz səni elə qəbul etmişik. Əvvəllər cürbəcür pəhrizlər saxladım, amma gördüm ki, yox e, xeyri yoxdur, necə varamsa, eləyəm. Nə kökəlirəm, nə də arıqlayıram. Bu çəkim məni narahat eləmir, əziyyət vermir. Özümü rahat hiss etdiyim üçün də arıqlamaq istəmirəm. Əsas olan aktiv həyat tərzidir, mənim də həyatım hərəkət üzərində qurulub. Bütün günü gah teatra qaçıram, gah efirə. Tamaşalarımı oynayıram, seriallara çəkilirəm, məşqlər... Qaçhaqaçdayam, belə adam necə olar?

- Maraqlıdır, özünüzü hansısa dünya ulduzuna bənzətmək istəmisiniz?

- Sofi Loreni çox sevmişəm, bir də Türkan Şorayı. Gənc olanda Türkan Şorayı çox sevirdim, çalışırdım ya gözlərimlə, ya baxışlarımla, ya saçlarımla ona oxşayım. Amma məni sənətə gətirən və özümə kumir saydığım aktrisa Şəfiqə Məmmədova olub.

- Sizcə, bir aktrisa kimi sizi tamaşaçıya sevdirən hansı xüsusiyyətinizdir?

- Bəlkə təmiz ürəyimlə, təbiiliyimlə... Mən səhnəyə çıxanda rolda olduğumu unuduram, elə bilirəm ki, elə öz həyatımı yaşayıram. Ümumiyyətlə, aktyor, aktrisa gərək səhnədə öz oyunundan ləzzət alsın. Əks halda, o səhnə işgəncə kimi gələcək.

- Bütün teatrlarda intriqalar, qalmaqallar yaşanır, kimsə kimisə vurmağa çalışır. Sizə necə, əngəl yaratmaq istəyənlər olub?

- Olub və bu gün də var. Amma elə şeylərə fikir vermirəm. Xaraktercə kinsizəm, bəlkə buna görə belə şeylərin üstündən keçmişəm. Bir var kimsə məni bəynməsin, danışdırmasın, mən də onunla eyni cür davranıram. Amma məni sevən adam birdən-birə inciyibsə, dərhal bunu aydınlaşdırmağa çalışıram. Xoşuma gəlmir ki, kimsə məndən nəsə eşitsin, incisin və üzünü çevirib getsin. Belə vəziyytlərdə məsələnin aydınlaşdırılmasının tərəfdarıyam. O adama da deyirəm ki, əgər kimdənsə nəsə eşitmisənsə, bunu mənimlə dəqiqləşdir. Bəlkə elə yalan deyirlər, bəlkə aramızı vurmaq istəyirlər. Mənə inanırsansa, niyə bunu dəiqləşdirmədən üz çevirib gedirsən.

- Yəqin ki, bu qədər enerjili olmağınıza görə sevgiyə minnətdarsınız?

- Yox sevdiyim yoxdur. Neçə illərdir tək yaşayıram. Artıq buna öyrəşmişəm də. Kişi adamı çürüdər e.. Mən təkliyimdən zövq alıram. Bəzən ailəli bir qadına deyirlər ki, ay, nə yaman qocalmısan. Yazıq qocalar da.... Amma ərim yoxdur, günü-gündən cavanlaşıram. Enerjini tamaşaçılarımdan alıram, onlar üçün bəzənirəm.

- Yoldaşınızdan ayrılmısınız demək?

- Çoxdan. Amma bü gunə qədər də dostuq. Xaricdə kişi ilə qadın uzun illər bir yerdə yaşayır, hətta uşaqları da doğulur. O vaxt evlənirlər ki, bir-birlərinə lazım olduqlarını hiss edirlər. Hətta nənə-baba yaşında nikahlarını rəsmiləşdirənlər də var. Amma görəndə ki, bir-biri ilə xasiyyəti tutmur, yola getmirlər, ayrılırlar. Biz də belə oldu, dedim ki, uşağı atam evindən gətirməmişəm, nə vaxt istəsən, gəl gör. Uşağın 12 yaşı olanda gəldi ki, bəs bunun məktəbi, təhsili var, qoy aparım yanımda qalsın. Etiraz etmədim, indi uşağım atası ilə bərabər yaşayır. Amma gediş-gəlişimiz var.

- Yəni həyat yoldaşınızdan sonra heç kimi sevmədiniz?

- Mən sevgiyə dəyər verən, "odnolub" qadınlardanam. Sevgim olub, cavanlıqda. O sevgi indi də mənimlədir. Baxmayaraq ki, sevdiyim insan ailə qurub, uşaqları da var. Amma mən o sevgini heç kimlə paylaşmamışam.

"Ərim yoxdur, ona görə də..." - Əməkdar artist - FOTO
"Ərim yoxdur, ona görə də..." - Əməkdar artist - FOTO
"Ərim yoxdur, ona görə də..." - Əməkdar artist - FOTO
"Ərim yoxdur, ona görə də..." - Əməkdar artist - FOTO


Xəbəri paylaş

1 6108 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 15:39 Saç niyə hörülür?
29-03-2016, 19:09 Prezidentdən yeni təyinat

bütün xəbərlər
____ Instagram ___