Azərbaycanda manat üzrə kreditlər bahalaşıb
Tarix: 14-04-2015 | Saat: 15:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
2015-ci ilin fevralında Azərbaycan bankları əvvəlki aylarla müqayisədə milli valyutada kreditlər üzrə faiz dərəcələrini artırıb, xarici valyutada isə azaldıblar.
"Trend"-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi məlumata görə, fevralın sonuna milli valyutada Azərbaycan iqtisadiyyatının bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 14,15 faiz təşkil edib. Bu rəqəm 2014-cü ilin yanvarında 13,71 faizə, fevralda isə 14,47 faizə bərabər olub.
Sərbəst dönərli valyutada (SDV) bank kreditləşməsi üzrə orta dərəcə 13,08 faiz təşkil edib. 2014-cü ilin yanvarında bu göstərici 14,28, fevralında isə 14,32 faiz olub.
2015-cü il in fevralında milli valyutada hüquqi şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 9,78 faiz olub. Ötən ilin yanvarında və fevralında bu rəqəm müvafiq olaraq 9,74 və 11,46 faiz təşkil edib. SDV-də korporativ müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 8,89 faiz olub. 2014-cü ilin yanvar və fevralında bu göstərici müvafiq olaraq 9,22 və 10,69 faiz təşkil edib.
2015-cü ilin fevralında milli valyutada fiziki şəxslərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 18,65 faiz olub. Ötən ilin yanvarında bu göstərici 18,59 faiz, fevralında isə 18,21 faiz təşkil edib. SDV-də fərdi müştərilərin bank kreditləşdirilməsi üzrə orta faiz dərəcəsi 21,75 faiz olub. 2014-cü ilin yanvar və fevral aylarında bu rəqəm müvafiq olaraq 22,27 faiz və 20,38 faiz faiz təşkil edib.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

20-10-2018, 17:25
İstirahət günü 25 dərəcə isti olacaq
14-12-2017, 18:09
Bakıdan Ağdaşa gedib bacısıyla görüşən tələbəni öldürdü - TƏFƏRRÜAT
24-08-2021, 13:13
Polisi təhdid edib "TikTok"da paylaşan şəxs kimdir? - DİN-dən AÇIQLAMA
18-11-2018, 10:50
i Fazil Məmmədov yenidən xəstəxanaya yatırıldı
9-05-2017, 11:28
Aslıdan Murad Boza: "Evi boşalt"
3-05-2017, 11:15
Azərbaycanda qısqanc ər arvadının başını kəsdi - TƏFƏRRÜAT
21-08-2021, 02:56
Avqustun 23-dək ictimai nəqliyyat işləməyəcək
6-03-2017, 20:53
ATV-nin yayımı bərpa edildi - Yeniləndi
9-09-2016, 22:47
Azərbaycanlı müğənninin keçmiş arvadı intihara cəhd etdi - FOTO
26-06-2016, 22:02
MN ordu gününü qeyd etdi - Foto