Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda əhalinin ən çox məskunlaşdığı ərazilər - SİYAHI
Tarix: 07-03-2016 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda əhalinin ən çox məskunlaşdığı ərazilər - SİYAHI

Bakı şəhərinin rayonları üzrə əhalinin sayına görə birinci yerdə Xətai rayonu dayanır. Ötən ilin əvvəlinə olan məlumata görə rayonda qeydiyyatda olan əhalinin sayı 270 734-dür.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, rayonun Əhmədli qəsəbəsində qeydiyyatda olan əhalinin sayı 11 040 nəfərdir.

Bakıda əhalisinin sayına görə ikinci yerdə Binəqədi rayonudur. Bu rayonda qeydiyyatda 257 852 nəfər var. Rəsulzadə (52 513) və Biləcəri (48 404) qəsəbələri əhalinin sayına görə liderdir.

Yasamal rayonunda qeydiyyatda olan əhalinin sayı 243 610, Sabunçuda 236 541-dir. Rayonun Bakıxanov qəsəbəsində qeydiyyatda olan əhalinin sayı 73 680 nəfər təşkil edib.

Nəsimi rayonunda qeydiyyatda olan əhalinin sayı 217 375, Nizamidə 193 833, Nərimanovda 173 100, Qaradağ rayonunda 118 508 nəfərdir. Qaradağ rayonun Lökbatan qəsəbəsi əhalisinin sayına (37 486) görə digərlərini üstələyir.

Suraxanı rayonunda qeydiyyatda olan əhalinin sayı 212 321 nəfərdir. Rayonun Qaraçuxur qəsəbəsi əhalisinin sayına (84 493) görə digərlərini üstələyir.
Xəzər rayonunda qeydiyyatda olan əhalinin sayı 160 440 nəfərdir. Rayonun ən çox əhalisi olan qəsəbəsi Binədir (55 316).

Səbail rayonunda qeydiyyatda olan əhalinin sayı 100 056, Pirallahıda isə 19 860-dır. Səbail rayonunun Badamdar qəsəbəsində 21 937 nəfər qeydiyyatdadır.

Qeyd edək ki, Bakı şəhərində qeydiyyatda olanların sayı 2 204 230 nəfərdir.


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___