Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO
Tarix: 07-03-2016 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə / İdman / M2 | çapa göndər

Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO

Türkiyənin Balıkesir bölgəsində həvəskarlardan ibarət "Gündoğan Çeltikspor" və "Bostancıspor" komandaları arasındakı oyun zamanı 17 yaşlı yan xətt hakimi dünyasını dəyişib.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, hadisə süni örtükdə keçirilən görüşün 32-ci dəqiqəsində baş verib.

Hakimliyə namizəd Halil Berke Aygün anidən özünü pis hiss edərək, yerə yıxılıb. Stadionda həkimlər olmadığından, təcili yardım çağırılıb. Həkimlərin ilkin yardımından sonra o, yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin infarkt diaqnozlu hakimin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Halil Berke Aygün xəstəxanaya aparıldıqdan sonra oyun davam etdirilib. "Üzümlüspor" və "Göbelspor" komandaları arasındakı növbəti qarşılaşmanın startı ərəfəsində isə hakimin ölüm xəbəri gəlib. Nəticədə matç təxirə salınıb.

Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO
Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO
Türkiyədə futbol oyunu zamanı hakim öldü - FOTO


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
22-03-2021, 04:58 Onlar da ayrıldılar

bütün xəbərlər
____ Instagram ___