Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycanda kazinolar çirkli pulların yuyulmasına xidmət edəcək”
Tarix: 06-03-2016 | Saat: 15:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Azərbaycanda kazinolar çirkli pulların yuyulmasına xidmət edəcək”
Deputat Qüdrət Həsənquliyevin ölkədə kazinoların açılması barədə təklifi və iş adamı hacı İbrahim Nehrəmlinin bu təklifi dəstəkləməsi birmənalı qarşılanmayıb.

"Xəbəraz.az " modern.az-a istinadən xəbər verir ki, təklifə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov onu sərt tənqid edib:

“Əminəm ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristan dövlətində belə, hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Əks halda, kazinolara yaşıl işıq yandıran Türk Kipri, onları qadağan edən və eyni adanı bölüşən Yunan Kiprinə nisbətən daha çox inkişaf edərdi. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür”.

Vüqar Bayramov

“Azərbaycanda kazinolar çirkli pulların yuyulmasına xidmət edəcək”

İqtisadçının sözlərinə görə, kazinoların fəaliyyətinin bərpa edilməsi "çirkli pullar"ın yuyulmasına gətirib çıxara bilər.

“Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq. Eyni zamanda, qiymət və keyfiyyətdə Azərbaycanın turzim xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahalı Azərbaycana gələcəyi ağlabatan deyil”.


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
14-02-2017, 14:44 Yumurta və un ucuzlaşır

bütün xəbərlər
____ Instagram ___