Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda şaxələnən qumarxana biznesi — FOTOLAR
Tarix: 06-03-2016 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Bakıda şaxələnən qumarxana biznesi — FOTOLAR
Bakıda son bir neçə ay ərzində sürətlə açılan qumarxanaların sayı hər gün daha da artır. Artıq demək olar ki, paytaxt Bakının elə bir rayonu yoxdur ki, orada loto-qumarxanalar fəaliyyət göstərməsin. Elə Bakının ayrı-ayrı rayonlarında yerləşən bir çox qumarxanalardan reportajlar mütəmadi olaraq dərc edilib.

Maraqlısı isə bundadır ki, nə qədər çox yazsaq da, bu qumarxanaların sayı hər gün artır. Bu dəfə isə, daha bir məkan Binəqədi rayonunda istifadəyə verilib. Yüzlərlə şəxsin üz tutduğu bu məkan hər gün kimlərinsə cibini doldurur, kimlərinsə cibini boşaldır. Əvvəlki reportajlarımızda da bildirdiyimiz kimi, bu məkanlarda qumarbazların pul qazanmağı çox asan şəkildə başa gəlir. 3 loto kartını 2 manata müştərilərə satan işlədicilər, masalardan yığılan pulların bir hissəsini uduşa qoyurlar. Onlar kimin udub-uduzmasından asılı olmayaraq, hər oyundan öz paylarını alırlar.

Hər ay on minlərlə manat qazancı olan bu məkanların fəaliyyəti təbii ki, bir çoxlarının maraq dairəsindədir. Asan gəlirli bu sahə elə bunun nəticəsidir ki, son aylarda sürətlə inkişaf yolunu tutub.

Çayın pulsuz verildiyi loto-qumarxanalarda hər gün yüzlərlə insan toplaşır. Axşam saatlarında isə, bu məkanlarda boş yer tapmaq qeyri-mümkündür. Asan yolla pul qazanmaq üçün qumarxana açanlar kimi, asan yolla pul udub, cibini doldurmaq istəyənlər də az deyil. Görünən də budur ki, qumarxanalara marağın böyük olması onların saylarının artmasına zəmin yaradır.

Bu qumarxanaların qanunsuz olaraq fəaliyyət göstərdiyini izah etməyə gərək yoxdur. Onlar barəsində lazımi tədbirləri kimlərin görməsinə gəlincə, bu da yetərincə açıq və aydın olan məsələdir. Sonuncu olaraq Neftçilər metrosunun çıxışında yeni açılan loto-qumarxana haqda məlumat vermişdik. Məlumatdan bir gün sonra obyekt bağlandı. Lakin, iki gün sonra məkanı yenidən açan qumarbazlar, işlərini əvvəlki kimi davam etdirməyə başladılar.

Bakıda qumarxanaların sayının sürətlə artması təkcə bizim diqqətimzi çəkmir. Tanınmış vəkil Aslan İsmayılov da qumarxanaların fəaliyyətindən xəbərdar olduğunu deyərək, sosial şəbəkələrdə bu barədə maraqlı məlumat paylaşıb.

Bakıda faktiki olaraq qumarxanalar kimi fəaliyyət göstərən lotoxanalar, internet klublardakı kazinolar barədə məlumat topladığını deyən vəkil, bu məkanlara kimlərin nəzarət etdiyini öyrəndiyini də bildirib. Lakin həmin qumarxanaları idarə edən şəxslərin gücündən ehtiyatlandığını qeyd edən vəkil, açıqlayacağı məlumatlara görə həbs ediləcəyini düşünür:

“Bakı şəhərində 60-a yaxın belə qumarxana fəaliyyət göstərir və bunu bilən hüquq mühafizə orqanları onlardan haqq alırlar. Bakı şəhərində mərkəzi güc strukturlarına aid olan bir Baş İdarənin konkret əməkdaşı həmin qumarxanalara kuratorluq edir və hər ay lotoxanalardan 15 min manat, internet klublardan, quraşdırılmış aparatlara uyğun olaraq 5-10 manat haqq alır. Bundan əlavə, hər rayonun bir hüquq mühafizə orqanının idarəsi də həmin obyektlərdən aylıq 5 min manat haqq alır. Bölmələrə bu işə qarışmaq qadağan olunub. Bu obyektlər onların ərazisində fəaliyyət göstərsələr də, ora müdaxilə edə bilmirlər. Həmin qumarxanalar KİV-lərin ağzını yummaq üçün də konkret adam vasitəsi ilə onların da haqqını çatdırır. Buna orta hesabla hər təşkilatdan ayda təxminən 3 min manat xərc çıxır. Məhz buna görə də şəhərin gur yerlərində loto və həmin obyektləri reklam edən bukletlər açıq aşkar satılır”- deyə A.İsmayılov qeyd bildirib.

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, bu məkanların belə rahat və sərbəst şəkildə fəaliyyət göstərməsi məkanlarda olanların bacaracağı bir iş deyil. Çünki bu kiçik adamların böyük işi ola bilməz. Bu qumarxanalar böyük adamların, böyük oyunlarıdır…/musavat.com
Bakıda şaxələnən qumarxana biznesi — FOTOLAR
Bakıda şaxələnən qumarxana biznesi — FOTOLAR


Xəbəri paylaş

8108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___