Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı İbrahim Nehrəmli: "Kazino olsa, ölkəyə milyardlar gətirərəm"
Tarix: 06-03-2016 | Saat: 11:39
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Hacı İbrahim Nehrəmli: "Kazino olsa, ölkəyə milyardlar gətirərəm"

"Avesta Concern"nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda kazinoların yaradılması ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib.

"Xəbəraz.az " publika.az-a istinadən bildirir ki, İ.Nehrəmlinin dediyinə görə, millət vəkilinin bu təklifi çox ağılı və ölkə iqtisadiyyatı üçün faydalıdır: "Bu çox ağıllı təklifdir. Mən bir iş adamı kimi hər zaman bu təklifi dəstəkləmişəm. Çünki Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. Onlar bununla məşğuliyyət tapırlar və kazino klublarda oturub istirahət edirlər. Mən bunu neçə illərdir ki, müşahidə edirəm. Misal üçün, imkanlı şəxslər xaricə gedəndə özləri ilə 5-10 min dollar pul götürüb kazinoya gedirlər. Əslində onlar kazinolara uduzmaq üçün deyil, istirahət etmək və dincəlmək üçün gedirlər. Kazino da istirahət etmək üçün bir mədəni klubdur.

Bu adamlar da xaricə gedən zaman həmin mədəni klublarda oturub ilk növbədə qəhvə, meyvə şirəsi və ya içki sifariş edir. Nəzərində tutur ki, 100 dollar pulu var və onu kazinoda oynayacaq. Kazinoda oyun oyna-oynaya həm də istirahət edir. İstirahəti yüksək olduğu üçün də bu adamlar həmin yerlərdən xoş təəssüratla ayrılır və daha sonra da həmin yerə gəlməyi düşünürlər. Kazino imkanlı adamlar üçün mədəni istirahət deməkdir. Kazinonu qumar və 100 min dollar pul uduzmaq kimi düşünmək doğru deyil.

Mən özüm də bir neçə dəfə Karlovı Varı, Sloveniya və digər yerlərdə kazinolarda olmuşam. Həmin vaxtı kazinoda gedib oturub qəhvə içib söhbət etmişəm, oynamışam, dincəlmişəm. Uduzan və udan vaxtlarım da olub. Bu o demək deyil ki, biz qumar oynamışıq. Kazinoda adam çox yaxşı dincəlir. Hörmətli millət vəkili Qüdrət Həsənquliyev də məsələ qaldırıb ki, Azərbaycanda xarici turistlər üçün kazinoya icazə verilsin. Bu çox ağıllı təklifdir. Mən Qüdrət müəllimin bu təklifini dəstəkləyirəm və ona dərin təşəkkürümü bildirirəm. Çünki Qüdrət Həsənquliyev Azərbaycan iqtisadiyyatının indiki vəziyyətini nəzərə alıb bu təkliflə çıxış edir".

İş adamı qeyd edib ki, Azərbaycanın yaxın qonşusu olan Gürcüstanda kazinolar fəaliyyət göstərir və bundan hər il dövlət büdcəsinə milyonlarla vəsait daxil olur:

"Bu gün Gürcüstanda, türk Kiprində və digər ölkələrdə kazinolar fəaliyyət göstərir. Hansı ölkədə kazinolar varsa, o ölkələrə turist daha çox gəlir. Bundan da qazanan həmin ölkələrin iqtisadiyyatları olur. Fikir verin, Gürcüstanın nə iqtisadiyyatı var idi ki, bu gün bu ölkə turizmdən Azərbaycandan da çox gəlir əldə edir? Hər il Gürcüstana 7 milyon, Azərbaycana isə cəmi 1 milyon turist gəlir. Bütün bunların əsas səbəbi Gürcüstanda kazinoların fəaliyyət göstərməsidir. Mən Bakıda elə imkanlı adamlar tanıyıram ki, kazino olduğu üçün həftənin 4 gününü Gürcüstanda, 3 gününü isə Azərbaycanda keçirir. Hər dəfə də Gürcüstana gedəndə də xeyli miqdarda pul xərcləyir. Xərclədiyi pulların daha çoxu kazinolarda olur. Bu gün reallıq budur. Bu baxımdan da Qüdrət Həsənquliyev çox yaxşı təklif edib ki, Azərbaycan vətəndaşları üçün deyil, xarici turistlər üçün kazinolara icazə verilsin. Bununla da Azərbaycana gələn turistlərin sayı dəfələrlə artacaq".

İ.Nehrəmli bildirib ki, Azərbaycanda kazinolar üçün ən əlverişli yerlərdən biri özünün müəllifi olduğu "Xəzər adaları" şəhərciyidir: "Mən bu şəhərin inşasına başlayanda da əsas məqsədim o olub ki, Azərbaycana gələn turistlərin sayı artsın. Bunun üçün də turizm mərkəzləri açmaq lazımdır. Turizmdən ən çox gəliri varlı turistlərin hesabına əldə etmək olur. Varlı turistlərin də ən sevdiyi məşğuliyyət kazinolardır. Əgər icazə verilərsə, mən "Xəzər adaları"nda dünya turistlərinin böyük marağına səbəb olacaq kazino aça bilərəm. Bu gün Çin vətəndaşı olan investorum var. Bu adamın əsas istəyi odur ki, "Xəzər adaları"nda kazino açılmasına icazə verilsin. Bunun qarşılığında isə həmin çinli iş adamı "Xəzər adaları"na 3 milyard dollar investisiya vəsaiti qoymaq və tez bir zamanda bu şəhəri bitirmək istəyir. Çinli iş adamı ilə dəfələrlə söhbətimiz olub və hər zamanı da bildirib ki, o kazinolar olmayan ölkəyə pul qoymaq istəmir. Əgər "Xəzər adaları"nda kazino açılmasına icazə verilərsə, o zaman Azərbaycana gələn turistlərin sayı dəfələrlə artacaq və ölkəyə milyardlarla vəsait daxil olacaq. Eyni zamanda "Xəzər adaları"nın inşası xarici turistlər üçün nəzərdə tutulan kazinolara icazədən asılıdır".

Xatırladaq ki, millət vəkili Qüdrət Həsənquliyev ötən gün Milli Məclisdə müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zamanı təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın: "Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir. Kazinolar ölkə vətəndaşları üçün qadağan edilsə də, ancaq turistlər üçün açıqdır.

Qardaş Türkiyədə də bu təcrübə var və ölkə xeyli gəlir götürür. Düşünürəm ki, Azərbaycanın da ayrı-ayrı turizm bölgələrində bunu həyata keçirmək olar. Yəni, Azərbaycan vətəndaşları üçün kazinolar qadağan, əcnəbilər üçünsə açıq olarsa, bundan ölkə büdcəsi də xeyli qazanc əldə edə bilər".


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
25-08-2020, 13:53 Şoyqu Bakıya gəldi

bütün xəbərlər
____ Instagram ___