Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərdar Bağırov da şübhələnir: "Qapıçı dedi ki, top sürüşüb keçdi"
Tarix: 5-03-2016, 11:11 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Sərdar Bağırov da şübhələnir: "Qapıçı dedi ki, top sürüşüb keçdi"



"Şərurspor”un prezidenti də şübhələnir: "Qapıçı dedi ki, top sürüşüb keçdi"


1-ci divizionda 15-ci tur çərçivəsində keçirilən “Şərurspor” – “Göyəzən” qarşılaşmasında autsayderin səfərdə 3:0 qalib gəlməsi birmənalı qarşılana bilməzdi. Cari çempionat ərzində cəmi 1 dəfə qalib olan “Göyəzən”in qələbəsinə şübhə ilə yanaşmağa əsas verən daha bir məqam meydan sahiblərinin qapıçısı Babək Allahverdiyevin buraxdığı ilk qol idi. “Futbolda istənilən nəticə qeydə alına bilər” nağıllarına isə inanan qalmayıb. Zepp Blatterin, Mişel Platinin futboldan uzaqlaşdırılması əbəs yerə deyil. Həmin “Göyəzən”i ilk dövrədə 5:0 devirən “Şərurspor”un 0:3 hesablı məğlubiyyətinə heç bir don güyindirmək mümkün deyil. Biz demirik, bunu klub prezidenti, baş məşqçi, yoxsa futbolçular edib. Bunu araşdırmaq AFFA-nın işidi. Ancaq sadaladığımız faktlar göz qabağındadı. Göründüyü kimi, kələfin ucunu tapmaq üçün növbəti addım olaraq, “Şərurspor”un prezidentinə də tribuna verməyə zərurət yaranıb.

"Xəbəraz.az " xəbər verir ki, Futbolinfo.az saytına danışan “Şərurspor”un prezidenti Sərdar Bağırov bu qarşılaşmadan özünün də şübhələndiyini bildirdi:

- Prezidenti olduğunuz “Şərurspor”un evdə “Göyəzən”ə 0:3 məğlub olması, yumuşaq desək, birmənalı qarşılanmadı...
- Heç mən özüm də bu oyunu birmənalı qarşılamadım. Bu matç keçirilərkən, ölkə xaricində olmuşam. Qapıçımızın buraxdığı birinci qol, deyə bilmərəm, təsadüfdü, yoxsa bilərəkdən edib, amma özüylə söhbət etmişəm. And-aman edib ki, bilərəkdən buraxmayıb. Namaz qılan adamdı. Deyir ki, əlcəklərim yaş idi, top sürüşüb keçdi. Digər iki qola gəlincə, uşaqlar dedi ki, irəli atılıblar ki, məğlubiyyətdən qurtulalar və 2 dəfə əks-hücumda yaxalanıblar.

- İlk dövrədə səfərdə 5:0 qalib gələn komandanın evdə qol vurmaması sizə nə dərəcədə real görünür?
- Oyun keçirilən gün ölkə xaricində olmuşam. Qapıçımızın buraxdığı birinci qol mənə qaranlıq qalır. Qapıçıyla xeyli söhbət elədim, çox sıxışdırdım, and-aman elədi ki, top əlimdən sürüşüb keçdi.

- Buraxılan qolu qoyaq bir kənara. Söhbət çempionatda hamıya uduzan, cəmi bir qələbəsi olan “Göyəzən”in qapısına yol tapmamaqdan gedir. Səfərdə 5 dəfə məyus etdiyiniz rəqibə qol vurmamaq nə dərəcədə məntiqə uyğundu?
- Orası elədi. Təəssüf ki, Azərbaycanda deyildim. Hər oyunda futbolçulara tapşırıqlarımı verirəm, fasilə zamanı paltardəyişmə otağına daxil olub, sözümü deyirəm. Ancaq indi bu oyun barədə bir söz deyə bilmirəm.

- Oyunun videoyazısına baxmısınız?
- Xeyr, ancaq qol epizodlarını izləmişəm.

- Qarşılaşmanın videoyazısını izləyib, məsələnin axırına çıxmağı düşünmürsünüz?
- Qapıçını heyətdən uzaqlaşdırmışam. Səhvdisə belə, onun 1-ci divizionda oynamağa haqqı yoxdu. Qarşıdan “Energetik”lə oyun gəlir. Futbolçuara bu görüşün sonuncu şansları olduğunu bildirmişəm. Ardıcıl 2 oyun uduzublar. Bu dəfə də məğlub olsalar, ciddi ölçülər götürəcəm, əksəriyyətini komandadan kənarlaşdıracam.

- Babək Allahverdiyevlə yolları ayırmısınız?
- Yox, 3-cü qapıçı kimi saxlamışıq. Çünki indi "transfer pəncərəsi" bağlıdı. Belədə, zədə olsa, qapıçısız qala bilərik. Ona dedim ki, həmin topu mən də qaytara bilərdim. Sadəcə, durardım topun qarşısında, mənə dəyib, geri qayıdardı.

- “Şərurspor”un tək “Göyəzən”lə deyil, bir çox qarşılaşmalarda danışılmış oyunlara getməsinə dair iddialara münasibətiniz?
- Kim nə danışır, özü bilər. “Qarabağ” “Sumqayıt”ı uda bilmir, “İnter” “Rəvan”a məğlub olur. Deməli, bütün bu qarşılaşmalar da danışılmışdı?

- Konkretləşdirək. “Şərurspor”un “qara bazar”la işbirliyinin olması barədə nə deyə bilərsiniz?
- Heç bir kontorla işbirliyimizin olması barədə söhbət belə gedə bilməz. Nə mənim, nə də digər klub rəsmisinin kontorla işbirliyimiz yoxdu. Bütün bunlar kimlərinsə fantaziyalarıdı. Komanda bu il 1-ci diviziona buraxılıb. Özü də son anda. “Şərurspor”un əksər futbolçuları həvəskarlar liqasından qalan oyunçulardı. Digərləri də futbolu buraxmış uşaqlardı. Bu komandayla bu futbolu oynayırıqsa, özü böyük şeydi. Gələn il komandanı yenidən formalaşdıracağıq. Bax, onda ortaya əsl gücümüzü qoyacağıq.
- See more at: http://futbolinfo.az/xeber/33825/#sthash.JZGOpPQD.dpuf

1 3398 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___