Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “5 mart Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş yarış keçirilmişdir
Tarix: 04-03-2016 | Saat: 20:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
04 mart 2016-ci il tarixdə Heydər Əliyev adına istirahət parkında Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin yuxarı sinif şagirdləri (oğlanlar və qızlar) arasında “5 mart Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş 100 metr məsafəyə qaçış yarışı keçirilmişdir.Yarışda 9 şəhər məktəbindən 36 nəfər (18 qız,18 oğlan) iştirak etmışdir.
Yarışı giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq müəllimləri və iştirakçıları salamladı və qarşıdan gələn “5 mart-Bədən tərbiyəsi və Idman günü” münasibətilə onları təbrik etdi. Sonra o,ölkəmizdə idmanın inkişafından,idmana və idmançılara göstərilən diqqət və qayğıdan, I Avropa Oyunlarında azərbaycan idmançılarının əldə etdiyi qələbələrdən,Bərdə idmançılarının müxtəlif idman növlərində dünya,qitə,ölkə çempionatlarında və beynəlxalq turnirlərdə əldə etdiyi uğurlardan danışdı.
Rayon Təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək 2015-ci il ərzində Gənclər və İdman idarəsi ilə birgə keçirilən idman yarışlarından və gənc idmançılarımızın müxtəlif yarışlarda əldə etdikləri nailiyyətlərdən danışdı.
Gərgin mübarizə şəraitində keçən yarışda oğlanlar arasında daha surətli olan N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi Əliyev Rəhman 1-ci yeri, N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin şagirdi Cəfərli Ruslan 2-ci yeri, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb- liseyin şagirdi Orucov Azər 3-cü yeri tutmuşlar.
Qızlar arasında isə 1-ci yeri N.Gəncəvi adına şəhər 2 saylı şəhər orta məktəbin şagirdi Hacıyeva Aygün, 2-ci yeri T.İsmayılov adına 1 saylı şəhər tam orta məktəbin şagirdi Nazimli Gülnar, 3-cü yeri N.Gəncəvi adına 2 saylı şəhər orta məktəbin şagirdi Əliyeva Emiliya tutmuşlar.
Qaliblərə Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları təqdim olunmuşdur.
Xəbəri paylaş
8348 dəfə oxunub.
Digər xəbərlər

28-10-2021, 09:30
"Qızımın saçını kəsdirib, nə günə qoyub..." - Mətanətin gəlini övladları ilə görüntülərini YAYDI - VİDEO - FOTO
9-03-2018, 11:42
Azərbaycanlı müğənni tanınmış biznesmenlə evləndi – FOTO
30-10-2018, 10:42
İnstaqramda ən çox izləyicisi olan kimdir?
17-10-2022, 10:05
Rəşad Dağlının oğlunun toyunda pul mübahisəsi
15-12-2018, 16:57
Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
14-07-2023, 11:45
Həddindən artıq istilərdə kimlər risk altındadır? – Mütəxəssis AÇIQLADI
8-04-2015, 14:17
Dənizdən maraqlı HEYVAN ÇIXDI
24-07-2017, 00:08
Yetim Eyvaz vəfat edib
22-06-2016, 11:22
Makkeyn ABŞ-ın böyük səhvlərindən danışdı
1-01-2017, 01:35
İlham Əliyev: "Aprel döyüşlərində tarixi qələbəmiz münaqişənin həllini yaxınlaşdırır"