Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şok proqnoz: 500 milyon insan öləcək
Tarix: 04-03-2016 | Saat: 10:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şok proqnoz: 500 milyon insan öləcək


İngiltərənin Oksford Universitetinin mütəxəssisləri iqlim dəyişikliyinin əkinçilik məhsulları və qida zəncirinə təsirini araşdırıb.
"Xəbəraz.az " publika.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "The Lancet" jurnalında dərc olunub.

Araşdırmaya görə, iqlim dəyişikliyi nəticəsində baş verəcək zəncirvari proseslər 2050-ci ilə qədər 529 min nəfərin həyatına son qoyacaq. Universitetin mütəxəssisləri hesab edirlər ki, 35 il ərzində insanların qida əldə etmək imkanları azalacaq və bu, xəstəliklərin artmasına gətirib çıxaracaq.

İngilis mütəxəssisləri bildirirlər ki, iqlim dəyişikliyi sel və fırtına kimi təbii fəlakətlərin artmasına səbəb olacaq. Kənd təsərrüfatında məhsul itkisi artacaq və məhsulların keyfiyyəti azalacaq. Bu isə öz növbəsində insanların gündəlik kalori istehlakının azalmasına gətirib çıxaracaq. Meyvə istehlakında azalma 4 faiz təşkil edəcək.

Azalan meyvə və tərəvəz istehlakı isə infarkt, xərçəng və iflic nəticəsində baş verən ölüm hadisələrinin sayını artıracaq.

Araşdırmanı həyata keçirən Oksford qrupunun başçısı Marko Springman hesab edir ki, qida zəncirində baş verəcək ən kiçik dəyişiklik belə insanların sağlamlığına böyük ölçüdə təsir göstərəcək.

Hesabata görə, qida zəncirində baş verəcək dəyişikliklərdən ən çox Çin və Hindistanın da daxil olduğu Cənubi-Şərq Asiya regionu təsir görəcək. Mütəxəssislər həmçinin Yunanıstan və İtalyanın da təhlükədə olduğunu bildirirlər.

Dünya Bankı keçən il dərc etdiyi bir hesabatında iqlim dəyişikliyi mövzusunda xəbərdarlıq etmiş, 15 il ərzində yoxsul insanların sayının daha 100 milyon arta biləcəyini bildirmişdi.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___