Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hollandiyanın nəhəng bankı: Dolların məzənnəsi 1,31 manat olacaq
Tarix: 03-03-2016 | Saat: 12:35
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Hollandiyanın nəhəng bankı: Dolların məzənnəsi 1,31 manat olacaq
Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.

Hollandiyanın “ING Bank”ı 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalacağını, 2017-ci ildə 3,4% artacağını proqnozlaşdırır.

"Xəbəraz.az " İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bankın proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 10,8%-dək artacaq. 2017-ci ildə inflyasiya 4,5%-dək azalacaq.

“ING Bank”ın proqnozlarına görə, 2016-cı ildə manatın dollara nisbətən məzənnəsi 1,03AZN/$1-ə qarşı 1,46AZN/$1, 2017-ci ildə 1,31AZN/$1 təşkil edəcək.

Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları şəklində mühüm “təhlükəsizlik balışına” malikdir.

“ING Bank”ın analitikləri hesab edirlər ki, pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək.

2016-cı ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.

Hökumət 2016-cı il üçün ÜDM-in artımını 1,8% səviyyəsində, orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.

2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___