Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Telefonlara icazəsiz reklam SMS-ləri göndərənlər cəzalandırılacaq
Tarix: 13-03-2015 | Saat: 15:38
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Telefonlara icazəsiz reklam SMS-ləri göndərənlər cəzalandırılacaq
“Qarşısını ala bilmirlər...”.

Azərbaycanda istehlakçının icazəsi olmadan ona reklam SMS-ləri göndərən şirkətlərlə bağlı müvafiq tədbirlər görüləcək.

Xeberaz.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

“Aparılan araşdırmalar göstərir ki, istehlakçıların mobil nömrələrinə gələn SMS-lər üç qrupa aiddir. Birincisi, istehlakçının tanıdığı tərəfdən gələn SMS-dir. İkincisi, istehlakçılar müxtəlif obyektlərdə alış-veriş edərkən öz mobil nömrələri barədə məlumatları saxlayırlar. Həmin obyektlərdə mövcud olan nömrələrdən gələn SMS-lərdir ki, bunun da dayandırılmasının qarşısını ala bilmirlər. Üçüncüsü, istehlakçıya xəbərdarlıq edilmədən göndərilən SMS-lərdir. Hazırda bu tip SMS-lərin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Yaxın vaxtlarda bunların qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görüləcək”, - deyə Z. İsayev bildirib.


Xəbəri paylaş

7688 dəfə oxunub.

Digər xəbərlər
21-01-2021, 11:39 FELAH DENDEN KİMDİR?

bütün xəbərlər
____ Instagram ___