Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
3 mart TARIXDƏ BU GÜN
Tarix: 03-03-2016 | Saat: 10:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

3 mart TARIXDƏ BU GÜN

Miladi: 03 mart 2014

İlin 63-ci günü
İlin sonuna 303 gün qalır.

Bu günün namaz vaxtları:
Fəcr - 06.04
Günəş - 07.13
Zöhr - 12.57
Əsr - 16.30
Məğrib - 18.47
İşa – 20.03


Əhəmiyyətli hadisələr

Tarixdə bu gün - 3 mart
•1460 - Şeyx Cüneyd Dağıstana və Şirvana yürüşə başlayıb.
•1830 - Car-Balakən bölgəsindəki Rusiya işğalına qarşı üsyan yatırılıb. Bölgənin Rusiyaya birləşdirilməsindən sonra muxtar ərazi vahidi kimi mövcud olan Car-Balakən camaatlığı ləğv olunub və ərazidə rus ordusu Qafqaz komandanlığının birbaşa idarəçiliyi tətbiq edilib.
•1845- Florida ABŞ-ın 27-ci ştatı oldu.
•1878 - Rusiya və Osmanlı dövləti arasında San Stefano sülh sazişi imzalanıb
•1891-ci ildə Futbolda penalti tətbiq edildi.
•1918 - Rusiya, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan arasında Brest Litovsk sülhü imzalanıb
•1919 - Dünyada ilk aviapoçt Kanada və ABŞ arasında reallaşıb
•1921 - Kanadalı fizioloq Frederik Qrand Bantin insulin hormonunu kəşf edib. Sonradan bu ixtira Nobel mükafatına layiq görülüb
•1923 - “Time” jurnalının ilk sayı çıxıb.
•1938 - Səudiyyə Ərəbistanında böyük neft ehtiyatları aşkar edilib
•1950 - Alyaska ABŞ-ın 49-cu ştatı oldu
•1955- Elvis Presli ilk dəfə televiziyada göründü.
•1996- BMT-nin qərarı ilə Yazıçılar günü qeyd olunur.
•1999- Monika Levinski ABŞ xalqından üzr istəyib
•2002 - Referendum zamanı İsveçrə əhalisi BMT-yə üzv olmağın lehinə səs verib
•2003 - Ankarada Azərbaycan və Türkiyə arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında Protokol imzalanıb.
•2010 - Tovuz rayonunun Aşağı Ayıblı kəndində hərbi təyyarənin qəzaya uğraması nəticəsində pilot Famil Məmmədov həyatını itirib.

Doğum günləri:

Tarixdə bu gün - 3 mart
•1875 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məmmədhəsən Hacinski (1875-1931) anadan olmuşdur. Cümhuriyyət hökumətlərində xarici işlər və daxili işlər nazirləri postunu tutub. 1920-ci ilin aprelində yeni (beşinci) hökuməti qurmaq Hacinskiyə tapşırılıb. Lakin o, hökuməti qura bilməyib və bolşevik işğalı öncəsi "Müsavat"dan çıxaraq Azərbaycan kommunistlərinin sırasına qoşulub. İxtisasca memar olan Hacinski sovetləşmədən sonra xalq təsərrüfatında müxtəlif vəzifələr tutub, 1931-ci ildə Zaqafqaziya Diyar Partiya Komitəsinin rəhbəri L.Beriyanın göstərişi ilə həbs edilib və Tiflis həbsxanasında öldürülüb.
•1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir
•1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 -22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M. Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Səməd Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzrinin əsərlərini fars dilinə tərcümə edib.
•1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir.
•1937 - Dilçi alim, professor Qəzənfər Kazımov
•1953 - Braziliya yığmasının əfsanəvi yarımmüdafiəçisi Ziko dünyaya gəlib.


Xəbəri paylaş

1 0318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___