İran Ümrə ziyarətini dayandırdı
Tarix: 13-04-2015 | Saat: 21:35
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İki İran vətəndaşı Ciddə şəhərində cinsi təcavüzə məruz qalıb.
İran iki vətəndaşının cinsi təcavüzə məruz qalması səbəbi ilə Səudiyyə Ərəbistanına Ümrə ziyarətini dayandırıb.
Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə iki həftə bundan qabaq, martın 28-də Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki hava limanında baş verib. Mümkün təcavüzçülərin yerli təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.
Hadisə İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Paytaxt Tehranda və Məşhəd şəhərində diplomatik nümayəndəliklər qarşısında keçirilən nümayiş iştirakçıları Krallığın Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun bağlanılmasını tələb ediblər.
İranın mədəniyyət naziri Əli Cənnəti günahkarların məhkəmə qarşısına çıxarılmayacağı və cəzalandırılmayacağı müddətdə Ümrə ziyarətinin dayandırılacağını və İrandan təyyarə uçuşlarının ləğv olunacağını deyib.
4608 dəfə oxunub.
Digər xəbərlər

9-05-2022, 01:12
Sürayyyə Ağayevanın oğlunun şər-böhtanla həbs edildiyi üzə çıxır
19-03-2017, 19:51
Kadırov: "Gizli savaş elan edildi"
12-07-2017, 18:35
Argentinalı rəqqasın təklifinə Renkadan cavab gəldi
23-08-2018, 13:04
Epilepsiya yenə can aldı: Bu dəfə Salyanda 8 aylıq hamilə qadın...
7-02-2016, 13:11
İsveçin xarici işlər naziri Azərbaycana səfər edəcək
6-10-2016, 23:15
Geyimlərinə “Polisə ictimai dəstək” yazılmış şəxslər kimlərdir?
18-11-2017, 18:54
Bütün Rusiya bu qadından DANIŞIR - FOTO
30-07-2021, 03:07
Bakıda uşaqların futbol meydançasını satan icra başçısını tanıyın: Əziz Əzizova “dur” deyən tapılacaqmı? - Foto