Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda evlər 2 dəfə ucuzlaşıb
Tarix: 01-03-2016 | Saat: 20:06
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda evlər 2 dəfə ucuzlaşıb


Bakının bəzi ərazilərində evlərin real qiyməti 2 dəfə aşağı düşüb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə fins.az-a daşınmaz əmlak elanları saytının rəhbəri Vaqif Hüseynov bildirib. Onun sözlərinə görə, Bakının mərkəzi hissələrində evlər 20-40 %, ətraf ərazilərdə isə hətta 2 dəfə ucuzlaşıb.


160 min manatlıq evlər 120 min manata satılır

Onun sözlərinə görə, əvvəllər şəhər sakinləri evlərinin plana düşəcəyini və baha qiymətə sata biləcəklərini və ya yeni tikililərdən mənzil ala biləcəklərini fikirləşirdilər. Amma söküntü işləri gedən ərazilərdə yeni evlərin tikintisinin gecikməsi, manatın 2-ci dəfə ucuzlaşması vəziyyəti bir qədər dəyişdi. Evlərin qiyməti ucuzlaşmağa başladı. Belə ki, Rəşid Behbudov, Şamil Əzizov, Nizami, Xəqani və 28 May küçələrində evlərin mənzillər 20-40 % arasında ucuzlaşıb. Məsələn, 2-ci devalvasiyadan əvvəl 160 min manata satılan 3 otaqlı mənzil hazırda 120-125 min manat təklif edilir. V.Hüseynovun sözlərinə görə, eyni ərazidə gecə qondu tipli evlər isə hətta iki dəfədən artıq ucuzlaşıb. Məsələn, 150-200 manatlıq ev indi 80-90 min manat təklif edilir.

100 min manatlıq evlər indi 50 min manata satılır

V.Hüseynovun sözlərinə görə, evlər daha çox Həzi Aslanov metrosunun yaxınlığı, Xırdalan şəhəri , Masazır, Əhmədli və Bakıxanov qəsəblərində ucuzlaşıb. Belə ki, evlərin ucuzlaşdığı görən vətəndaşlar şəhərin mərkəzinə köçməyə can atırlar. Məsələn, əvvəl 110 min manatlıq evin 90 min manata kimi ucuzlaşdığını görən Masazır sakini öz evini eyni qiymətə satıb həmin mənzili ala biləcəyini düşünür. Amma öz evinin 45-50 min manata kimi ucuzlaşdığından xəbərsizdir.

Yeni yaşayış kompleksləri Xırdalanda evləri ucuzlaşdırıb

V.Hüseynovun sözlərinə görə, Xırdalanda yeni yaşayış komplekslərinin salınması qiymətlərə kəskin təsir edib. Evlər 2 dəfə ucuzlaşıb. Belə ki, əvvəl 90-110 min manata satılan ev hazırda 50 min manata təklif edilir:“Hər gün saytda yerləşdirilən belə ev elanlarında qiymətlərin dəyişdirilməsi ilə bağlı 10 müraciət edilir. İki qonşusunun evini 50 min manata satdığını görən digər ev sahibi artıq qiyməti 100 min manatdan 50 min manata salmağa məcbur olur ki, evi sata bilsin”.

Mütəxəssisin sözlərinə görə, son vaxtlar evlərin satışında artım baş verib: «Əvvəllər ayda 3-4 ev sata bilirdiksə, indi həftədə 10-15 ev satılır».


Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___