Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səhiyyə Nazirliyi: Peyvənd pulsuzdur
Tarix: 01-03-2016 | Saat: 15:48
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Səhiyyə Nazirliyi: Peyvənd pulsuzdur
“Peyvənd sistemi də bu prinsip üzərində qurulub”.

Hər il mart ayının 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən qeyd olunmağa başlanıb.

Bu günün məhz baharın başlanğıcı üçün seçilməsi də təsadüfü deyil. Belə ki, immun sisteminin funksiyasının zəifləməsi halları bu fəsildə daha qabarıq şəkildə özünü büruzə verir.

İmmunitet sözü latıncadan xilas olmaq kimi tərcümə olunur və mənaca immun sistemini, orqanizmi genetik yad ünsürlərdən qorumaq qabiliyyəti kimi qiymətləndirilir. İmmunitet anadangəlmə (qeyri-spesifik) və adaptiv (qazanılmış, spesifik) olmaqla, 2 yerə bölünür.

Məlum olduğu kimi, əhatəmizdə milyonlarla bakteriyalar, viruslar və allergenlər mövcuddur və biz onlarla daim təmasda olduğumuz halda, xəstələnmirik.

Buna səbəb məhz güclü immun sistemidir. İmmunitet hələ döl ananın bətnində olarkən formalaşmağa başlayır və uşaq müəyyən müddət bətn daxilində anadan cift vasitəsilə aldığı və doğulduqdan sonra ana südü ilə əldə etdiyi immun faktorlarla qorunur.

Bundan sonra hər hansı bir mikroorqanizmlə təmas immun sisteminin “yaddaşına” həkk olunur, gələcəkdə insanları həmin xəstəlikdən qoruyur və hər bir virusa, bakteriyaya özünəməxsus spesifik cavab verir.

Peyvənd sistemi də bu prinsip üzərində qurulub. Orqanizmi bir sıra ağır xəstəliklərdən (vərəm, poliomielit, difteriya, qızılca, göyöskürək və s.) qorumaq üçün uşaqlar dünyaya gəldiyi vaxtdan etibarən peyvənd olunurlar. Əgər peyvənd olmasaydı, dünyada bu xəstəliklərin qorxunc epidemiyaları tüğyan edərdi.

Bu gün Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı uşaqlar peyvənd olunurlar. Bu, inkişaf etmiş Avropa ölkələri ilə bir səviyyədədir və Azərbaycanda əhalinin peyvəndi dövlət hesabına tam pulsuz həyata keçirilir.


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___