Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD holland yaraqlılarına düşmən kəsilib
Tarix: 01-03-2016 | Saat: 15:43
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İŞİD holland yaraqlılarına düşmən kəsilib
Artıq 8 nəfər edam olunub.

“İslam Dövləti” (İŞİD) nümayəndələri fərariliyə və təslim olmağa cəhd edən holland əsilli səkkiz yaraqlını edam ediblər.

"Xəbəraz.az " “Le Figaro” qəzetinin portalına istinadən xəbər verir ki, bu barədə “Rakkada tam sükut altında zorakılıq tətbiq edilir” təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, bu, keçən cümə Maadan şəhərində baş verib (Rakanın əyaləti).

Artıq bir aydır ki, İŞİD sıralarında 75 holland yaraqlısı və İŞİD-in kəşfiyyatı arasında fikir ayrılığı müşahidə edilir.

Qaçmağa cəhd edən üç holand yaraqlısı həbs edilib, onlardan biri dindirilmə zamanı döyülərkən aldığı xəsarətlərdən ölüb. İŞİD-in rəhbəri Rakkaya hollandlar arasında mübahisəni həll etmək üçün öz nümayəndəsini göndərib, amma hollandlar həlak olmuş dostlarının intiqamını almaq məqsədi ilə nümayəndəni öldürüblər.

Bundan sonra İŞİD-in ali komandanlığı hollandlıların həbs edilərək Tabaaka və Maadandakı həbsxanalara yerləşdirilmələri haqqında əmr verib, onlardan səkkiz nəfəri isə edam edilib.

İnsan haqları üzrə Suriya təşkilatı edam faktını təsdiqləməyib. Amma təşkilatın məlumatına görə, Şimali Afrika əsilli, Avropa vətəndaşlığı olan üç nəfər “Əl- Fura vilayətində” edam edilib. Amma edamın səbəbləri və yeri göstərilməyib.

Yaraqlıların məhv edilməsi faktını, həmçinin təsdiqləməyən holland kəşfiyyatının məlumatına görə, 50 qadın olmaqla 200-ə yaxın holland vətəndaşı Suriya və İraqda İŞİD sıralarına qoşulub.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___