“İnter”in futbolçusuna düzgün diaqnoz qoyulmayıb
Tarix: 01-03-2016 | Saat: 12:57
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Topaz Premyer Liqasının hesabat turunda “Qarabağ”la heç-heçə (1:1) edən “İnter” Azərbaycan kubokunda 1/4 final mərhələsinin matçına hazırlığını yekunlaşdırmaq üzrədi."Xəbəraz.az " saytının məlumatına görə, “bankirlər” “Rəvan”la oyunöncəsi son məşqini bu gün keçəcək.
Qarşılaşma öncəsi zədəli futbolçulardan daha biri sıraya dönüb. Bu, gürcüstanlı müdafiəçi Zurab Xizanişvilidi. Gürcüstandan yenicə qayıdan 35 yaşlı futbolçu dünəndən etibarən kollektivlə birgə məşqlərdə iştirak edir. Baş məşqçi Zaur Svanadze “Rəvan”la oyunda həmyerlisinin xidmətindən yararlanmağı düşünür.
Digər gürcüstanlı müdafiəçi Laşa Kasradze isə hazırda ölkəsində müalicə alır. Onun martın ortalarında Azərbaycana qayıtması gözlənilir.
Laşa ilə yanaşı, yarımmüdafiəçi Mirsahib Abbasov da qarşıdakı bir neçə görüşü buraxmalı olacaq. 23 yaşlı futbolçunun gec sağalmasının səbəbi yanlış diaqnoz qoyulması olub. Yenidən Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçən Mirsahib hazırda fərdi məşq edir. Onun bu həftə kollektivə qoşulması istisna deyil.
“İnter”in digər zədəli futbolçusu Rauf Əliyev də yüngül qaçışlarla kifayətlənir. Yığmamızın hücumçusu martın sonlarında komandaya qoşula biləcək.
Qeyd edək ki, sabah keçiriləcək “Rəvan” – “İnter” oyunu saat 19:00-da başlayacaq.
Xəbəri paylaş
5758 dəfə oxunub.
Digər xəbərlər

29-08-2015, 18:20
Evlilikdə bunları əsla etməyin
27-01-2018, 12:39
Subaylar daha az yaşayır, nəinki evlilər,səbəb...
15-12-2022, 13:59
Həftənin son iş günü HAVA necə olacaq? - PROQNOZ
24-04-2020, 04:27
Lənkəranda qadın quyuya düşərək öldü
22-06-2015, 11:35
Ancelina Coliyə məktub məktub var: (FOTO)
27-02-2019, 13:26
Messi 1-ci oldu, Ronaldo isə... - SİYAHI
22-12-2017, 13:00
“Gopa basdım ki, toyum olacaq” - Aygün Bəylər
21-04-2016, 20:41
Şahzadə ailəsində 3 əsrdən sonra Aleksandr doğuldu - Foto
7-10-2017, 20:46
Azərbaycan qadınlarının kişilərə yanaşma tərzi - SOSİAL PROBLEM