"Qəbələ"də son durum: İki legioneri sıraya döndü
Tarix: 01-03-2016 | Saat: 12:41
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununun hazırlıqlarını davam etdirir.
"Xəbəraz.az "-ın klubun saytına isinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqanın 23-cü turunun fevralın 27-də keçirilən “Xəzər Lənkəran”la ev oyununun (0:0) ardından məşqlərə ara verməyən “qırmızı-qaralar” kubok matçının hazırlığına dünən başlayıb.
Günün ilk yarısında baş tutan məşq prosesində komanda iki qrupa bölünüb. Son turun matçında iştirak edənlər bərpaedici məşqlə kifayətlənib. Digər oyunçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun futbolçuları bu gün səhər məşqini də Qəbələdə gerçəkləşdirib. “Xəzər Lənkəran”a qarşı oynayanlar fiziki hazırlıq keçiblərsə, digərləri toplu məşq ediblər. Zədədən sonra komandaya qoşulan Aleksey Antonovla Dodo da “Zirə” ilə matçın hazırlıqlarına qatılıblar.
Braziliyalı komanda ilə, ukraynalı isə fərdi məşq edib. Sabah səhər Bakıya yola düşəcək komandamız oyuna hazırlıqları paytaxtda yekunlaşdıracaq.
Xatırladaq ki, kubokun 1/4 final mərhələsinin “Zirə” – “Qəbələ” oyunu martın 2-də keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

30-08-2016, 20:24
Türkiyə ordusu və kürdlər Suriyada barışığa gəldi
10-07-2021, 12:26
Yaşadığımız din buna görə ya qatil, ya da cahil yetişdirir...
2-04-2016, 16:45
Ermənilər cəbhə xəttinə yaxın kəndlərdən qaçmağa başladılar
17-04-2018, 17:06
Azərbaycanda Hüseyn Dərya sayağı intihar - Hadisə yerindən FOTOLAR
22-08-2016, 22:34
“Bağdad”ın ifaçısı Bakıdadır - fotolar
4-10-2015, 11:57
Neftçalada ər-arvad döyülərək bıçaqlandı
22-12-2021, 09:04
Qaz sayğaclarını sıfırlamaq istəyənlərin NƏZƏRİNƏ! - Bu nömrəyə SMS göndərin - VİDEO