Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pensiyaların verilməsində gecikmə olmayacaq
Tarix: 13-04-2015 | Saat: 18:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Pensiyaların verilməsində gecikmə olmayacaq
“Bakı 2015” Oyunları ilə bağlı.

Avropa Oyunları ilə bağlı pensiyaların verilməsində heç bir gecikmə olmayacaq.

Xeberaz.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev keçirdiyi brifinqdə deyib.

Elman Mehdiyevin sözlərinə görə, fondun gəlirləri artıqlaması ilə yerinə yetirilib:

“Pensiyaların maliyyələşdirilməsi DSMF-nın cari işidir. Biz cari işimizdə bunu reallaşdırırıq. Dövlət Sosial Müdafiə Fondunun 2015-ci ilin birinci rüb dövrünün göstəricilərinə diqqət etsəniz, fondun gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsini müşahidə edərsiniz. Biz gəlir proqnozunu qeyri-büdcə sektoru üzrə 108% icra etmişik. Bu keçən ilin birinci rübü ilə müqayisədə 30 milyon artıq vəsait və ya 8%-lik artım deməkdir. Bu da bizə imkan verir ki, pensiyaların maliyyələşməsini vaxtı-vaxtında, hətta qrafikdən əvvəl reallaşdıraq”.

DSMF sədrinin sözlərinə görə, vaxtından əvvəl maliyyələşdirilmə fondun əlavə resurslara malik olduğunu göstərir:

“DSMF tərəfindən pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi artıq ənənəyə çevrilib. Qrafikdən əvvəl maliyyələşdirmə bizim əlavə resurslara malik olduğumuzu təsdiqləyir.

“2015-ci ilin növbəti dövründə də pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi tendensiyasını əldə saxlaya biləcəyik” - deyə, sədr bildirdi.


Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___