Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada İki uşaq anası intihar etdi
Tarix: 28-02-2016 | Saat: 14:38
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Zaqatalada İki uşaq anası intihar etdi
Onun psixoloji problemləri olduğu üçün belə bir addım atdığı bildirilir.

Zaqatalada intihar hadisəsi baş verib. Zaqatala Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərova özünü yaşadığı evin həyətyanı sahəsindəki talvardan asıb. Onun asılmış meyiti qaynı tərəfindən aşkar edilib.

M. Səfərovanın canına qəsd etməsi onun əsəb xəstəliyindən əziyyət çəkməsi və psixoloji xəstəliyi ilə əlaqələndirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

50 yaşlı qadının iki övladı var.

Zaqatalada sonuncu intihar ötən ilin noyabr ayının 19-da qeydə alınıb. 1964-cü il təvəllüdlü Pənah Şeyyub oğlu Osmanov özünü işlədiyi Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin həyətində asıb. Onun asılmış meyitini birliyin işçiləri səhər işə gələrkən görüblər.


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___