"Onların sağ qalma ehtimalı yoxdur" - RƏSMİ AÇIQLAMA
Tarix: 28-02-2016 | Saat: 13:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiyanın Komi Respublikasının Vorkuta şəhərində “Severnaya” kömür mədənində baş verən qəzada itkin düşmüş 26 nəfərin sağ qalma ehtimalı yoxdur.
"Xəbəraz.az " -nın RIA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi üzrə idarəsindən bildirib.
Mədəndə baş verən qəzada itkin düşənlərin sağ qalmadığını “Vorkutauqol” ASC-nin texniki direktoru Denis Paykin də jurnalistlərə açıqlamasında deyib.
O, hazırda mədənlə bağlı iki variantda baxıldığını bildirib: “Texniki şura vəziyyəti detallı şəkildə araşdırıb, qəzanın səbəblərini, hazırda davam edən yanğının dinamikasını, üç partlayışa səbəb olan dağıntıları incələyib. Şura hazırkı vəziyyəti qiymətləndirərək belə qənaətə gəlib ki, mədəndə sağ qalan yoxdur. Bizim hazırda iki variantımız var. Birincisi, mədənin qəzalı, yanğın olan hissəsini su altına almaq. İkincisi, mədənə oksigen keçməsinin qarşısını kəsmək məqsədilə mədənin səthdən dibə qədər olan hissəsini hermetikləşdirmək, yanğını lokallaşdırmaq üçün mədənə xüsusi maddələr doldurmaq. Yanğının qarşısının alınması üçün bu iki variantdan biri seçiləcək”.
Qeyd edək ki, fevralın 25-də “Severnaya” mədənində qəza baş verib. 748 m dərinlikdə qəza baş verən zaman mədəndə 110 nəfər olub. Onlardan 80-ni çıxarılıb, 4 nəfər həlak olub, 26 nəfər itkin düşüb.
Fevralın 27-dən 28-ə keçən gecə mədəndə növbəti partlayış baş verib, nəticədə 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Komi Respublikasında 3 günlük matəm elan olunub.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

14-06-2018, 18:54
DÇ-2018-in açılış mərasimi başladı
23-06-2016, 21:17
Qarabağda intihar edən əsgərin komandiri tutuldu
14-04-2016, 12:54
Binəqədidəki silahlı insidentlə bağlı rəsmi məlumat yayılıb
16-03-2021, 21:24
Prezident Şuşaya getdi
25-04-2018, 10:14
“Real”, yoxsa “Bavariya”?
15-08-2023, 11:44
Zukerberq və Mask arasında döyüş Pompey şəhərində keçirilə bilər
23-02-2017, 15:48
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək – SƏBƏB
19-08-2018, 19:33
Bakıda parkda qızla oğlandan gözlənilməz addım
14-06-2016, 12:32
Neft Fondu 50 milyon dollar satdı
13-07-2022, 22:11
Qaziləri Təhqir edən Abid Qafarov həbs edildi