Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan çempionatında 5 oyun
Tarix: 27-02-2016 | Saat: 11:41
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Azərbaycan çempionatında 5 oyun


Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçiriləcək.

"Xəbəraz.az " apasport.az-a istinadən bildirir ki, turun bütün qarşılaşmaları bir gün ərzində baş tutacaq.

Futbol gününə Gəncədə start veriləcək. "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Ötən tur öz meydanında AZAL-ı məğlub edən "kimyaçılar" qərb səfərindən də xalla dönmək arzusundadırlar. Son iki turda qələbəyə həsrət qalan Şahin Diniyevin yetirmələri isə 3 xal intizarına doğma azarkeşlər önündə son qoymaq istəyir. Gəncəlilər bu görüşdən qalib ayrılsalar, hətta bir pillə irəliləmək şansları da var. Bunun üçün isə "İnter" məğlub olmalıdır.

Turun daha bir matçı isə "Zirə"də oynanılacaq. Debütant "Neftçi"ni qəbul edəcək. Keçən həftə səfərdə "Xəzər Lənkəran"a qalib gələn Adil Şükürovun yetirmələri bu oyunu da itkisiz başa vurmaq əzmindədirlər. "Neftçi" isə bir tur aradan sonra yenidən azarkeşlərinə qələbə sevinci bəxş etmək istəyir. "Ağ-qaralar" qalib gələcəkləri təqdirdə Gəncədəki matçın nəticəsinə uyğun olaraq turnir cədvəlində daha yuxarı qalxmaq şansına malikdilər. Meydan sahibləri isə qələbə qazanaraq ikinci pillədəki yerlərini daha da möhkəmlətmək və liderdən uzaqlaşmamağı planlaşdırırlar.

Bu oyunla eyni vaxtda AZAL da autsayder "Rəvan"ı qəbul edəcək. "Təyyarəçilər" 3 turluq qələbəsizlik seriyasını qırmaq üçün ələ düşən əla fürsətdən yararlanmağa çalışacaqlar. Bəhmən Həsənovun "drujinası" isə əzmkarlıq hesabına xal və ya xallar qazanmağa ümid edəcək.

Qəbələdə isə yerli komanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ardıcıl üç minimalhesablı qələbədən sonra öz meydanındakı oyunu da itkisiz başa vurmaq əzmindədirlər. "Qəbələ" bu qarşılaşmada qalib gələcəyi halda 3-cü pillədəki yerini möhkəmlədəcək. Əvvəlki əzəmətindən əsər-əlamət qalmayan "Xəzər Lənkəran" isə gənc oyunçulardan ibarət heyətlə var gücü ilə "döyüşməyə" ümid edir.

Günün son matçı isə həm də turun mərkəzi görüşü olacaq. Ötən mövsümün mükafatçılarının qarşılaşmasında "İnter" "Qarabağ"ı qəbul edəcək. Turnir cədvəlinin ilk pilləsində əmin-arxayın "oturmuş" ağdamlılar yenidən liderlər qrupuna can atan "bankirlər"i onların öz meydanlarında sınağa çəkəcəklər. Qurban Qurbanovun yetirmələri səfər oyunundan maksimum nəticə ilə ayrılaraq, xal ehtiyatını zəngiləşdirmək istəyir. Zaur Svanadzenin "İnter"i isə doğma meydan amilindən istifadə edərək, lideri ən azından büdrətmək arzusundadır.

Azərbaycan Premyer Liqası
XXIII tur
27 fevral (şənbə)

14:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 3:1, 2:2


15:00. "Zirə" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu
İlk 2 dövrədəki oyunlar: 2:0, 1:1


15:00. AZAL - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
AZAL Arena
İlk 2 dövrədəki oyunlar: 1:0, 0:0


17:00. "Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 6:0, 1:0


18:00. "İnter" - "Qarabağ"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Gülağa Cabarov
"İnter Arena"
İlk 2 dövrədəki oyunlar: 0:2, 0:1


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___