Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR-ın idarəetmə forması dəyişdirildi - FƏRMAN
Tarix: 27-02-2016 | Saat: 09:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

SOCAR-ın idarəetmə forması dəyişdirildi - FƏRMAN
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarəetmə forması dəyişib, şirkət prezidentinin səlahiyyətləri məhdudlaşdırılıb.

"Xəbəraz.az " xəbər verir ki, Prezidenti İham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman izalayıb.

Dəyişikliyə əsasən SOCAR Şurasının statusu dəyişib. İndiyə qədər SOCAR Şurası SOCAR prezidenti yanında fəaliyyət göstərən məşvərətçi orqan olub, Şurasının iclaslarına SOCAR prezidenti sədrlik edib. Şuranın tərkibinə Şirkətin vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən təyin olunmuş Şirkətin digər vəzifəli şəxsləri daxil olub. Dəyişikliyə əsasən isə artıq SOCAR Şurası kollegial idarəetmə orqanıdır. Şirkətin Şurasının tərkibinə vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslərlə bərabər SOCAR prezidentinin özü də daxil olacaq. Şuranın iclaslarına isə yenə də SOCAR prezidenti sədrlik edəcək. SOCAR prezidenti Şuranın Əsasnaməsini təsdiqləməlidir.

Şuranın statusunun artması ilə bu orqan artıq SOCAR əsas idarəedici funksiyanı yerinə yetirəcək. İndiyə qədər Nizamnaməyə əsasən Şuranın fəaliyyəti formal xarakter daşıyıb. Başqa sözlə, Şuranın iclasında SOCAR-ın tərkibinə daxil olan müəssisələrin fəaliyyətinə dair illik iş proqramları və onların yerinə yetirilməsi haqqında hesabatlar, SOCAR-ın mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları, tərkibinə daxil olan müəssisələrin qarşılıqlı münasibətlərinin, məhsul, xidmət və işlərin hesablama qiymətləri, SOCAR-ın tərkibinə daxil olan müəssisələrin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi, SOCAR-ın xarici şirkətlərlə birgə işinin məqsədə uyğunluluğu, SOCAR-ın tərkibinə daxil olan müəssisələr arasındakı münasibətlərdə yaranan mübahisələr, SOCAR-ın şirkətin fəaliyyətinə aid olan digər məsələlər məsələlər müzakirə oluna bilərdi. Bu zaman Şuranın bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yox idi. Dəyişikliyə əsasən isə SOCAR Şurasına bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Eyni zamanda Şura SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması barədə də qərar qəbul edəcək.

Digər dəyişikliklə SOCAR-da vəzifəli şəxslərin qohumları ilə bağlanan əqdlərə nəzarət forması sərtləşdirilib. Bundan sonra SOCAR-ın Şurasının üzvləri, habelə komitələrinin və şirkətin strukturuna daxil olan qurumların rəhbərləri özlərinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslərin, habelə qohumlarının (ərinin (arvadının), valideynlərinin, o cümlədən ərinin (arvadının) valideynlərinin, babalarının və nənələrinin, övladlarının, övladlığa götürənlərinin və ya götürülənlərinin, qardaşlarının və bacılarının) bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Şirkətin Şurasına yazılı şəkildə təqdim etməlidirlər.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___