Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
WhatsApp-da olacaq YENİLİKLƏR
Tarix: 26-02-2016 | Saat: 10:52
Bölmə:Karusel / M2 / Texnologiya | çapa göndər

WhatsApp-da olacaq YENİLİKLƏR

İstifadəçi sayını günü-gündən sürətlə artıran ani mesajlaşma sistemi olan "WhatsApp" yeniliklər etməkdə davam edir.

"Xəbəraz.az " musavat.com-a istinadən bildirir ki, istifadəçilərinin hər cür rahatlığını təmin edərək onları təəccübləndirməkdə davam edən şirkət yeni xidmətlər planı hazırlayır. Zəng, internet üzərindən söhbət xidmətlərini təkmilləşdirən "WhatsApp" öz yeni hədəflərini artıq müəyyənləşdirib. Şirkət əsasən iOS və "iPhone" üçün bir neçə xüsusi sistem hazırlayır. Hazırlanan yeni xidmətlər sırasına video söhbət, təkmilləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s. daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir.

Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. "WhatsApp" mesajlaşma xidmətinə sahib olan "Facebook" şirkətindən verilən məlumata görə, mesajlaşma xidmətindən istifadə edənlərin sayı 1 milyarda çatıb. Bu isə "Facebook Messenger"dən də çox istifadəçi deməkdir.


Xəbəri paylaş

7178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___