Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtdakı 34 saylı orta məktəbdə «orjinal» pul yığımı
Tarix: 25-02-2016 | Saat: 16:10
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Sumqayıtdakı 34 saylı orta məktəbdə «orjinal» pul yığımı
Direktor Bəyaz Novruzova pul yığmaqdan imtina edən müəllimlərin mobil telefonlarını əllərindən alaraq, girov saxlayır

Samir Gülalıyev: «Yazdıqlarımı sübut etmək üçün əlimdə məktəb direktorunun əməllərini əks etdirən görüntü və səs yazıları var»

Jurnalist Samir Güləliyev bütün ölkə mediasına müraciət edərək, Sumqayıt şəhərində fəaliyyət göstərən 34 saylı orta məktəblə bağlı şikayət yollayıb. JAM.AZ-a daxil olan şikayət məktubunda qeyd edilir ki, sözügedən orta məktəbin direktoru Bəyaz Novruzova qanunsuzluqla məşğul olur.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri bu məktəbdə işləmir. «Təsəvvür edin ki, direktor müəllimləri məcbur edir ki, şagirdlərdən pul yığsınlar. Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirdən çəkilmir görüntülərin satılması və sairi bura aid etmək olar. Maraqlıdır, təhsil naziri Mikayıl Cabbarov qərar verib ki, orta məktəblərdə pul yığılmasının qarşısı qətiyyətlə alınmalıdır. Amma Bəyaz Novruzova deyir ki, onun yanında Mikayıl Cabbarov heç kimdir».

Jurnalist qeyd edir ki, direktor pul yığımı işlərini müavini Amaliya xanıma həvalə edib. «Tapşırıq belədir ki, pul verməyən siniflərin rəhbərlərindən həmin məbləğ yığılmalıdır. Buna etiraz edən və ya şagirdlərdən pul yığılması prosesindən boyun qaçıran müəllimlərin isə telefonları əllərindən alınır. Girov saxlanılan həmin telefonlar o zaman sahibinə qaytarılır ki, tələb olunan pullar yığılsın. Yalnız, bu halda mobil telefon sahibinə qaytarılır».
JAM.AZ xəbər verir ki, sözügedən jurnalist artıq Təhsil Nazirliyi, Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Sumqayıtın icra başçısına artıq məktub yazmağa hazırlaşır. Üstəlik, məsələ ilə bağlı Sumqayıt merinin qəbuluna da yayılıb.

Samir Gülalıyev sonda bəyan edir ki, dediklərini isbat etmək üçün əlində tutarlı dəlillər var. «Qeyd edim ki, baş verən hadisələri sübuta yetirmək üçün əlimdə məktəb direktorunun və onun müavininin səs yazıları var. Həmin faktları isə aidiyyəti dövlət qurumlarına təqdim edəcəm».

Qarşı tərəfi də dinləməyə hazırıq.



6348 dəfə oxunub.

Digər xəbərlər
14-07-2015, 15:49 BALACA UŞAQ SUDA BOĞULDU

26-05-2022
bütün xəbərlər
____ Instagram ___