Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metropoliten sədri Rəsulzadənin büstünü niyə sökdü?- Açıqlama
Tarix: 13-04-2015 | Saat: 13:14
Bölmə:Karusel / Hadisə / M2 / Müsahibə | çapa göndər

Metropoliten sədri Rəsulzadənin büstünü niyə sökdü?- Açıqlama
Məmmədəmin Rəsulzadənin "Bakmil" metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstünün bugünlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə sökülməsi məsələsinə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev aydınlıq gətirib.


Xeberaz.az xəbər verir ki, N. Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, M. Rəsulzadənin büstü 25 il bundan əvvəl metronun depo ərazisində qoyulub: “Vaxtilə həmin büst keyfiyyətsiz materialdan hazırlanıb və demək olar ki, yararsız vəziyyətdə idi. Keçən il QSC yarandıqdan sonra metronun hər yerində təmir-bərpa işləri aparılır. Depo ərazisində biz böyük işlər görmüşük. İşçilər üçün yeməkxana inşa edilib, park salınıb, abadlaşdırılma işləri aparılıb. Rəsulzadənin büstünün yerləşdiyi ərazidə də təmir bərpa işləri gedirdi. Müəyyən mənada büstün orada qalması hörmətsizlik olardı, çünki tam yararsız vəziyyətdə idi. Biz çalışdıq ki, onu restavrasiya edək, amma elə keyfiyyətsiz materialdan hazırlanıb ki, bərpa etmək mümkün olmadı. Ona görə də təmir- bərpa işləri zamanı həmin büst oradan götürülüb, amma dağıdılmayıb. Əgər bərpa edə bilsəydik, yerində də qala bilərdi”.

Rəsulzadənin büstünün yerində mərhum prezident Heydər Əliyevin büstünün qoyulmasına məsələsinə də münasibət bildirən N. Paşayev qeyd edib ki, Depo ərazisində ümummilli liderimizin büstü bir il bundan əvvəl qoyulub: “Heydər Əliyevin büstü bizim təzə saldığımız parkın ərazisində qurulub. Bu büstlə Rəsulzadənin büstü arasında hardasa 1 km məsafə var. Yəni Heydər Əliyevin büstünün Məmmədəmin Rəsulzadənin büstünün yerində qoyulması ilə bağlı yayılan məlumatlar doğru deyil”.


Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
21-03-2015, 10:40 Rusiyaya daha pis xəbər

bütün xəbərlər
____ Instagram ___