"Türkiyədə bütün siyasi partiyalar Azərbaycanın mövqeyindən çıxış edir"
Tarix: 24-02-2016 | Saat: 13:32
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ankarada səfərdə olan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun təmsilçiləri Türkiyə Böyük Millət Məclisinin binasında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, millət vəkili Kamal Kılıçdaroğlu ilə görüşüblər.
APA-nın Ankarada olan əməkdaşının xəbərinə görə, görüşdə çıxış edən forum üzvü Gürsel Özdəmir təmsil etdiyi təşkilatın məqsədi və fəaliyyəti barədə məlumat verib. O, CHP-nin forumun işinə dəstək verəcəyinə ümid etdiyini bildirib. G. Özdəmir Dağlıq Qarabağ məsələsinin TBMM-də müzakirəsinin vacib olduğunu vurğulayıb.
Forum üzvləri - Emin Həsənli və Mehdi Mehdiyev də çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin dəstəyinə xüsusi ehtiyac olduğunu bildiriblər.
CHP lideri K. Kılıçdaroğlu isə çıxışında Azərbaycanı doğma və qardaş ölkə hesab etdiyini və CHP-nin Qarabağ məsələsindəki mövqeyinin Azərbaycanın mövqeyi ilə eyni olduğunu deyib: “Əslində bu, yalnız CHP-nin deyil, digər partiyaların da mövqeyidir. Türkiyədə bütün siyasi partiyalar Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış edir. Türkiyə dövlətinin siyasəti də bundan ibarətdir. Fikrimizcə, burada ortaq milli mövqe var və belə də olmalıdır. Bu bir həqiqətdir ki, hazırda dünyada Qarabağ məsələsinə meydan verilmir, Türkiyə mediası da bu mövzudan geniş bəhs etmir. Ona görə də hesab edirəm ki, Türkiyənin media orqanları ilə əlaqələrinizi gücləndirməlisiniz”.
4378 dəfə oxunub.
Digər xəbərlər

28-10-2019, 11:59
Artıq neçə günlərdiki bizə faktlarla müraciət edən İsrafilova Gülnar Əvəz qızını dinlədik
2-08-2017, 12:36
FHN-dən əhaliyə MÜRACİƏT
10-10-2015, 22:42
Martirosyan: Azərbaycanda özümü gözəl hiss edirəm
3-12-2016, 13:23
Müvəkkil Hüquq Mərkəzi vergi mədəniyyətinin inkişafı ilə bağlı sosial çarx hazırlayıb
2-06-2015, 18:07
Telefona başı qarışdı İlanı əzdi
9-10-2020, 14:48
Mingəçevir və Ağcabədi yenidən intensiv atəşə tutulur - MN
20-10-2017, 09:54
Bankdan kredit götürən şəxsə zamin duran qadın həbs edildi
21-02-2017, 14:23
İlham Əliyev: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır"
1-07-2016, 17:15
Avropa Rusiyaya sanksiyaların vaxtını uzatdı
29-05-2017, 11:55
Doğum evində çəkilən görüntülər heyrətləndirir - VİDEO