Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XƏRÇƏNGƏ TUTULDUĞU DEYİLƏN MÜĞƏNNİ RƏQSANƏ: “ALLAHDAN QORXSUNLAR” – AÇIQLAMA
Tarix: 24-02-2016 | Saat: 09:43
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

XƏRÇƏNGƏ TUTULDUĞU DEYİLƏN MÜĞƏNNİ RƏQSANƏ: “ALLAHDAN QORXSUNLAR” – AÇIQLAMA
5 il bundan öncə yayılan məlumat ortalığı qarışdırdı... Tanınmış estrada müğənnisi Rəqsanə İsmayılovanın oxucuları üçün verdiyi müsahibə hələ də şou-gündəminin əsas mövzularından biri olaraq müzakirə edilir. Depressiyadan qurtulmağa çalışan Rəqsanə barəsində bu gün bəzi saytlarda ilginc xəbər yayılıb. Yayılan məlumata görə, Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkir. Ölümü gözə alan müğənninin çəkisinin 42 kiloya enməsi də iddia edilib. Bu xəbərdən hiddətlənən müğənni, eşitdiklərindən əməllicə şoka düşüb. O, xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatı ağ yalan adlandırdı: "Sizə verdiyim müsahibədə vurğuladım ki, jurnalistlərlə görüşmürdüm. Sırf sevənlərimin nigarançılığına son qoymaq üçün geniş açıqlama etdim. Müsahibədəki hər kəlməmin arxasında dayanıram. Bəzi savadsız jurnalistlərin reytinq qazanmaq naminə "xərçəng xəstəliyinə tutulmağım" haqda yazılan xəbərləri oxuyanda şok yaşadım. Günortadan telefonlarım susmur. Mənə görə narahat olan insanların sakitləşməsi üçün sonuncu dəfə bu barədə danışmaq qərarına gəldim. 5 il bundan öncə qələminə hörmət etdiyim jurnalist Türkan Məmmədli Milli.Az saytında məndən müsahibə almışdı. Həmin vaxt səhhətimdəki problemlərlə bağlı danışmışdım. Həkimlərin yanlış diaqnozu nəinki məni, bütün doğmalarımı qorxutmuşdu. Dərdimə dərman tapan peşəkar həkimlərin sayəsində beynimdə şiş yox, sadəcə su yığıldığı anlaşıldı. 5 il bundan öncə verdiyim müsahibəni bu gün gündəmə gətirən jurnalistlərə səslənirəm. Sizə ayıb olsun! Allahdan qorxun! İllərin köhnə xəbərini gündəmə gətirməkdənsə, yeni məlumatlar əldə edib yazmaq belə çətindir? Niyə mənə və doğmalarıma stress yaşadırsınız? Allahıma çox şükür sağ və salamatam.Tezliklə sevənlərimi yeni layihələrim ilə sevindirəcəyəm. Mətbuat katibimi bütün jurnalistlər yaxşı tanıyırlar. Ən azı onunla əlaqə saxlayıb, yazmaq istədikləri xəbəri dəqiqləşdirə bilərlər. Bir də yalan və şər-böhtan dolu sifarişli yazılar görsəm, onlarla məhkəmədə görüşəcəyəm".

PrimeTime.az


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___