Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yad kişilərlə araq içib ailədən danışmaq da var...
Tarix: 24-02-2016 | Saat: 09:17
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Yad kişilərlə araq içib ailədən danışmaq da var...


Əvvəl mənə belə gəlir: Xalqımız ən çox müğənnilər barəsində danışmağı, onların həyatında baş verənləri təftiş eləməyi xoşlayır. Burada bir problem yoxdur, məncə. Problem başqa məsələdə - millətimizin öz sənətçilərinin həyatına yanaşmasında, daha doğrusu yanaşma tərzindədir.
Bir də görürsən, hansısa ağsaqqal qəzəblənir: "İndiki müğənnilərin abrı-həyası gedib, nə geyindiklərini, nə danışdıqlarını bilmirlər. İndiki müğənnilər içirlər, indiki müğənnilər çəkirlər..."

Bir də görürsən, hansısa ağbirçək deyinir: "Ay balam, vallah, bu müğənnilər lap başlarını itiriblər. Heç özləri də bilmirlər neyləyirlər. Az, o gün gördünmü nə dedi? Gördünmü nə geyinmişdi, gördünmü nə oxudu?"

Qəribə gəlir mənə. Təəccüb eləyirəm, məəttəl qalıram. Bizim millət, bəlkə də, dünyada yeganə toplumdur ki, hansısa müğənninin yanının qırağından geyindiyi dona qəzəblənir, hansınınsa içki içməyinə acığı tutur, onları ittiham eləyir ki, niyə gündə bir ər, bir məşuqə dəyişirsən?
Türkiyəli qardaşlarımız demişkən, ya qardaşım, ağzında "müğənni" deyirsən, bu adamın həyatı hansısa riyaziyyat müəlliminin həyatından, hansısa çilingərin ömür yolundan fərqli olmalıdır, ya yox? Nə düşmüsünüz yazıqların üstünə. Onlar gəlib sizə gəlin olmaq üçün yaranmayıb, onların missiyası başqadır, onlar nəsillikcə azad həyat yaşamağı xoşlayıblar. Allah hamısının köməyi olsun, əziyyət çəkirlər.

Elə ki bu tənqidi qeyləri dilə gətirdim, xalqımızın zəhmətkeş nümayəndələri yerindəcə bir çay süzüb: "Otur, - deyirlər, - otur beşcə dəqiqə, indicə "Ailə müqəddəs dəyərdir" (məsələn deyirəm) veriliş başlayacaq". Deyirəm istəmirəm, baxmıram, zəhləm gedir mənim elə verilişlərdən. Onda xalqımız qəzəblənir, deyir məni ittiham eləyirsənsə, oturub baxmalısan. Bu veriliş mənim sənin ittihamlarına verdiyim cavabdır.

Bir az keçir, veriliş başlayır. Görürəm səhərdən müdafiə elədiyim müğənnilərdən biri də burdadır. Möhkəm durun, verilişin mövzusuna da deyim: "Ailə institutunun dağılması, ailə dəyərlərinin necə qorunub-saxlanması". Görürəm, həmin müğənnilərdən biri gənc ailələrdən şikayətlənir, onlara öyüd-nəsihət verir. Sonra keçir əsl sevginin ölməzliyinə, bütün bəşəriyyəti sevginin xilas edəcəyini deyir. Deyir, evin böyüyü kişidir, onun hörmətini saxlamaq, övladlara düzgün tərbiyə vermək lazımdır.

Axı onlar bilmirlərmi ki, Azərbaycan balaca ölkədir, biz bir-birimiz tanıyırıq. Bu müğənninin kimlərlə nəyin qarşılığında nələr elədiyini respublikada bilməyən yoxdur. Bu müğənni varlı adamın ailəsini necə dağıtmaq olar, varlı adamı ailəsindən ayırıb bədbəxt eləyəndən sonra necə küçəyə atmaq olar mövzusunda danışmaq üçün yaranmayıbmı? Niyə burada yüksək materiyadan danışır, niyə incidir bizi, niyə utandırır xalqımızın yanında?
Problemin kökünü tapıram. Xalqımızın qəzəbinin səbəbi aydın olur mənə. Bizim millət demir ki, niyə gecə saat dördə kimi yad kişilərlə araq içirsən? Bizim xalqımız deyir ki, televizora çıxanda "Yad kişilərlə gecə saat dördə kimi araq içməyin sirləri" mövzusunda danış, daha durub demə ki, mənim nənəm namaz qılan olub, özümüz də seyid nəsliyik.

Veriliş sona çatır. Bir də onda ayılıram ki, çayım soyuyub. Xalqımız mənalı-mənalı gülümsəyir, "Çayını da soyutdun, durum dəyişim", - deyir. Mən isə gülümsəyirəm...


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___