Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzində gənclər arasında kütləvi dava
Tarix: 23-02-2016 | Saat: 21:10
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakının mərkəzində gənclər arasında kütləvi dava

Bakının mərkəzində "Tarqovıy” adı ilə tanınan küçədə kütləvi dava olub.

Əldə etdiyimiz məlumata görə, dünən gecə saatlarında Nizami küçəsi 43 ünvanının qarşısında bir qrup gənc arasında insident olub. Dava-dalaşı Çevik Polis Alayının ərazidə xidmət aparan əməkdaşları dayandırıb. Xəsarət alan Türkiyə vətəndaşı, 1983-cü il təvəllüdlü Gökhan Gököz Tarık və Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Mustafayev Rafael Ramiz oğluna tibbi yardım göstərilib.

İlkin araşdırma nəticəsində adları yuxarıda qeyd edilən şəxslərlə yanaşı, Türkiyə vətəndaşı, 1991-ci il təvəllüdlü Yunis Emre Tekellek və 1992-ci ildə anadan olmuş Dökgöz Ahmet Gülbak oğlunun da davada iştirak etdiyi məlum olub.

Hadisənin iştirakçısı olmuş digər şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Kütləvi davanın hansı səbəbdən baş verdiyi araşdırılır.


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___