Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Su da bahalaşdı...
Tarix: 23-02-2016 | Saat: 19:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Su da bahalaşdı...
Qablaşdırılmış suların qiyməti 50% qalxıb.
Su da bahalaşdı...

"Xəbəraz.az " ANS PRESS-e istinadən məlumat verir ki,ötən il dekabrın 21-dən etibarən manatın üzən məzənnəyə keçməsi və dolların bahalaşması bir çox məhsullar kimi qablaşdırılmış suların da qiymətinə təsirsiz ötüşməyib. Belə ki, ayrı-ayrı şirkətlər tərəfindən istehlakçılara satılan qablaşdırılmış suların qiyməti iki dəfə bahalaşıb.

Bakının bir çox mağazalarından apardığımız araşdırma nəticəsində öyrəndik ki, suların qiyməti 50% qalxıb. Satıcılar bildirdilər ki, qiymətlərin artımı nəticəsində qablaşdırılmış suya olan tələbat əvvəlki günlərlə müqayisədə xeyli azalıb.

Əgər əvvəllər insanlar qablaşdırılmış suların daha təmiz olduğunu düşünərək bu növ suları almağa daha çox üstünlük verirdilər. Amma qiymətlər artdıqdan sonra mənzillərə verilən sularla kifayətlənməli olurlar. Suya verilən pulla isə daha çox qida və digər tələbatlarını ödəməyə çalışırlar.

Qablaşdırılmış suların satışı ilə məşğul olan şirkətlərin bir neçəsi ilə əlaqə saxladıq. Şirkətin məsul işçiləri bizə qiymət artımının səbəblərini belə izah etdilər.

Digər bir şirkətin nümayəndəsi isə bildirdi ki, əvvəlki dövrlərə nisbətən su Bakıya gətirilənə kimi daha çox pul xərclənir:

“Bizim su Naxçıvandan gəlir. Tırla Bakıya gələnə kimi İrandan keçirlər. Orada isə torpaq pulu verirlər. Bundan başqa isə sürücülərin maaşlarının da artması satışdakı suların qiymətinə təsir göstərir”, - deyə marketinq meneceri qeyd etdi.

Qiymətlərin artması ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi ki, satışda olan suların qiyməti nazirlik tərəfindən tənzimlənmir. “Həmin satılan sular bazar iqtisadiyyatı prinsipinə uyğun olaraq tələb, təklif əsasında formalaşır”, - deyə Abbas Əliyev vurğuladı.

Xarici ölkələrdə də insanlar qablaşdırılmış suya daha çox üstünlük verirlər. Amma həmin ölkələrdəki qiymətləri Azərbaycanla müqayisə etsək, nə qədər böyük fərqin olduğunu aydın şəkildə görmək olar. Məsələn, Rusiyada 5 litr suyun qiyməti 40 rubl (o.80 qəpik), Qazaxıstanda isə 200 tengədir (0.88 qəpikdir).

Qablaşdırılmış suyun qiymətinin qalxması ürəkaçan hadisə hesab olunmasa və istehlakçıların narazalığına səbəb olsa da şirkətlərin də öz əsasları var. Suyu istehsal edən şirkətlər deyir ki, onlar qablaşdırılma üçün lazım olan ləvazimatları dollarla aldığı üçün qiymətlər dəyişib. Əgər məhsulları əvvəlki qiymətə satarsa, nəinki gəlir əldə edə bilməz, eyni zamanda ziyana işləyər. O zaman ya şirkət bağlanmalı, insanlar işsiz qalmalı, ya da məcbur olub qiymətlər qaldırılmalıdır. Qablaşdırılmış su ala bilməyənlər isə qiymətlərin artımı ilə razılaşa bilmirlər. Ona görə də qablaşdırma sahəsində lazım olan ləvazimatların yerli istehsalına nail olmaq lazımdır ki, onlar xaricdən idxal olunmasın.


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
11-07-2017, 13:27 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___