Bakıda “MINI” avtomobil salonu açıldı – FOTO
Tarix: 13-03-2015 | Saat: 15:30
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
“MINI Cooper” öz sinfində “2014-cü ilin ən cazibədar avtomobili” adına layiq görülüb.
Bu gün BMW konserni “MINI” avtomobillərinin Azərbaycanda ilk rəsmi satış və sərgi salonunun açılıb.
Xeberaz.az istinadən xəbər verir ki ,Oxu.Az xəbər verir ki, Bakının mərkəzində A.Əlizadə küç., 5, ünvanında yerləşən yeni mərkəz “MINI” brendinin ölkədəki rəsmi idxalçısı olan “Improtex Motors” şirkətinin rəhbərliyi altında fəaliyyət göstərəcək.
Avtosalonun açılış mərasimində BMW və konsernin “MINI” brendlərinin Afrika, Karib adaları və Şərqi Avropa regionlarında satış üzrə direktoru Konrad Baumqartner, Afrika, Karib adaları və Şərqi Avropa regionları üzrə menecer Viktor Eyzenbraun, “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov, baş direktorun birinci müavini Bayram Yaqubov, o cümlədən KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Avtosalonun açılış mərasimində iki model – yeni “MINI Cooper” və yenilənmiş “MINI Countryman” avtomobillərinin təqdimatı keçirilib.
“Model sırasına yeni nəsil “MINI Cooper” və yenilənmiş “MINI Countryman” krossoverinin əlavə olunması dünyanın ən yığcam, yenilikçi və dəbdəbəli brendinin Azərbaycan bazarında uğur qazanmasına yardımçı olacaq. Hər iki modelin innovativ yeniliklər, özəl üsluba malik dizayn və əla yürüş xarakteristikaları azərbaycanlı müştərilərin ürəyincə olacaq”, - deyə Konrad Baumqartner qeyd edib.
“Biz çox şadıq ki, “MINI” kimi zövqlü və xarizmatik bir brendin Bakıda evi olacaq. Yeni salon Britaniya brendinin dünya standartlarına tam uyğun şəkildə hazırlanıb və yeni müştəriləri, MINI üslubunda aktiv həyat tərzi keçirən insanları səbirsizliklə salonumuzda gözləyirik”, - deyə “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov vurğulayıb.
Qeyd edək ki, yeni “MINI Cooper” modelinin debütü 2014-cü ilin sentyabr ayında baş tutub və avtomobil öz sinfində “2014-cü ilin ən cazibədar avtomobili” adına layiq görülüb. Modelin son nəsil nümayəndələri qabaqcıl təkmilləşdirilmiş dizayn və mühüm texnoloji yeniliklərlə fərqlənir. “MINI Cooper” daha manevrli, komfortlu olmaqla, yanacağın effektiv istifadəsi baxımından qabaqcıl texnologiya ilə təchiz olunub. Bununla yanaşı model özünün ənənəvi xarizmatik üslubu, funksional və dəbdəbəli xarakterini qoruyub saxlayıb.
Xəbəri paylaş
7568 dəfə oxunub.
Digər xəbərlər

25-06-2015, 22:26
Qənirə Paşayeva AŞ PA-nı Ermənistana təzyiq etməyə çağırdı
29-02-2016, 12:49
Babasını öldürüb qaçan nəvə tutuldu
1-07-2015, 21:17
"Qanuni oğrular"ı - belə görmədik! - FOTOLAR
15-04-2022, 09:12
"İti qovan kimi qovuruq" ifadəsi "Kuruluş Osman"da - VİDEO
22-11-2015, 13:36
Sənin kimi insanı bu xalq çox axtaracaq FOTO VİDEO
23-02-2017, 22:00
Ərini bacısı ilə yataqda tutan qadın - “Bacım dedi ki...”-VIDEO
6-02-2017, 00:56
İtkin düşən yol polisinin taleyi necə olacaq? - DİN-dən açıqlama
27-01-2016, 21:06
“Azərbaycan” qəzeti satış problemi ilə üzləşib
26-03-2018, 12:01
Bu çay sonsuzluq və xərçəngə səbəb olur - İÇMƏYİN!