Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyamin Xəlilovu Kürdəxanı təcridxanasında görüblər
Tarix: 23-02-2016 | Saat: 13:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Dünyamin Xəlilovu Kürdəxanı təcridxanasında görüblər
Azərbaycan Beynəlxalq Bankından yüz milyonlarla manat kredit götürən və qaytarmayan iş adamlarından biri, keçmiş deputat Dünyamin Xəlilov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasından Kürdəxanı təcridxanasına köçürülüb.

Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasından APA-ya deyiblər ki, Xəlilov fevralın 20-də təcridxanaya gətirilib. Onun barəsində Nərimanov rayon məhkəməsi tərəfindən həbs qətiimkan tədbiri seçilmişdi.

Xəbər verildiyi kimi Dünyamin Xəlilovun barəsində məhkəmə hələ ötən ilin may ayında 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Lakin nə sirr idisə Dünyamin Xəlilovu təcridxanaya salmırdılar və “Bandotdel”də müntəzəm qaydada dindirərək buraxırdılar. Nəhayət ötən ilin dekabrın sonlarında D.Xəlilovun “Global Construction” şirkətinin Beynəlxalq Bank işi üzrə həbs olunmuş sıravi işçilərindən bir neçəsini həbsdən buraxdılar. Onların yerinə oliqarxın özünü saldılar.

"Xəbəraz.az " hüquq-mühafizə orqanlarından dəqiqləşdirib ki, D.Xəlilov indiyədək “Bandotdel”də saxlanılırdı. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə təcridxanada bir neçə dəfə üzləşdirilib. D.Xəlilov bankdan götürdüyü kredit hesabına Bakıda “Globus Plaza” ticarət mərkəzini də tikmişdi.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___