Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sizcə Mesaj niyə 160 simvoldur?
Tarix: 12-04-2015 | Saat: 21:03
Bölmə:Karusel / Maraqlı / Texnologiya | çapa göndər

Sizcə Mesaj niyə 160 simvoldur?

Həmişə SMS yazarkən 160 hərf olmasından şikayət edirik. Qısa mesaj indiki vaxtda xüsusilə gənc istifadəçilərin imtina edə bilmədikləri bir özəllikdir.

Bircə bu 160 simvol məhdudluğu olmasa idi... Sırf buna görə bir çox istifadəçi qısaltmalar etmək məcburiyyətində qalır. Bəs niyə SMS 160 hərfdən ibarətdir?

Bunun səbəbinin texniki bir zərurət ilə əlaqədar olduğunu düşünə bilərsiniz. Lakin işin gerçəyi 160 hərfin heç bir texniki səbəbi yoxdur. Bunun bütün günahkarı Friedham Hillebrand adlı bir almandır.

1985-ci ildə rabitə tədqiqatçısı olan Friedhelm Hillebrand və bir neçə həmkarının əhəmiyyətli bir vəzifəsi vardı. Vəzifələri, daşına bilən telefonların göstərə biləcəkləri mətn əsaslı masajlar ilə əlaqədar standartlar təyin etmək idi. Hillebrand bir mesajın ən çox necə xarakter ehtiva edə biləcəyinə qərar verməli idi.

İnsanların bir mesajda yazacaqları ehtimal olunan təsadüfi qeydləri və sualları yazaraq bütün bir kağızı doldurdu. Sonra bu qeydləri incələdi. Friedhelmin fikrincə, bir insanın fikrini çatdırması üçün 160 simvol yetərlidir. Elə həmin dövrdən, 160 simvol standart olaraq qəbul edildi.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___