Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
NASA Marsda kartof yetişdirməyə hazırlaşır
Tarix: 22-02-2016 | Saat: 12:24
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

NASA Marsda kartof yetişdirməyə hazırlaşır

ABŞ-ın kosmik agentliyi NASA Lima Beynəlxalq Kartof Mərkəzi (CIP) ilə birlikdə yeni bir təcrübə aparır.
Kultivasiya üçün CIP-nin qeydiyyatında olan 4500 növün arasından seçilmiş yüz kartof növü artıq Marsdakına bənzər kəskin iqlim şəraitində yetişdirilərək dəyərləndirilib. Bu, Qırmızı Planetdə tərəvəzlərin yetişdirilməsinin başlanğıcı ola bilər.

Beynəlxalq Kartof Mərkəzi yoxsulluğun azaldılmasına və qida təhlükəsizliyinə nail olmağa çalışan qeyri-mənfəət təşkilatıdır.

Seçilmiş namizəd növlərdən 40-ı mənşəcə And dağlarındandır. Onlar fərqli ekoloji zonalarda yetişə, qəfil iqlim dəyişikliklərinə davam gətirə, daşlıq və quraqlıq ərazilərdə çoxala bilir.

Digər 60 növ isə genetik modifikasiya olunub. Bu növlər az miqdarda su və duzla həyatda qalmağa qadirdir. Onların həm də viruslara qarşı immuniteti var.

Sınaqdan çıxmış növlər yekun olaraq bir meyara da cavab verməlidir. Onlar Marsda təkcə yaxşı yetişməli deyil, həm də iri həcmdə çoxalmağa qadir olmalıdır.

Bu iddialı layihədə iştirak edən perulu NASA astrobioloqu Julio Valdivia Silva deyir ki, alimlər bəzi növlərin sınaqdan uğurla çıxacağına 100% əmindirlər.

Alimlər ümid edirlər ki, bu təcrübə həm də əlverişsiz şəraitdə yetişə bilən növlərin aşkar edilməsi sayəsində Yer kürəsində aclıq və qida çatışmazlığı probleminin həllinə kömək edəcək.

"Biz gələcəyə, səhralaşmaya, artan temperaturlara və torpağın şoranlaşmasına hazır olmalıyıq," deyə CIP-də çalışan viroloq Jan Kreuze qeyd edir.

Atakama səhrasının La Joya Pampas ərazisi Perunun cənub hissəsinə düşür. Alimlər planetin ən quraqlıq yerlərindən biri olan bu ərazinin Qırmızı planetə çix bənzədiyini deyirlər.

Alimlər 100 kiloqram kartofu Limada yerləşən CIP laboratoriyasına gətirmək istəyirlər. Laboratoriyada Marsın əsasən karbon iki oksiddən ibarət olan atmosferinə bənzər şərait simulyasiya olunacaq və kartoflar ultrabənövşəyi şüaların güclü radiasiyasına məruz qalacaq.

Alimlər bir-iki ilə daha konkret nəticələr əldə edəcəklərini deyirlər. Marsa ilk insansız missiyanın göndərilməsi isə beş ildən çox vaxt alacaq.

Kartofun həm də yer üzündə ən qədim əkin bitkilərindən biri olduğu deyilir.

Bu bitkinin eramızdan 2500 il əvvəl müasir Peru və Boliviya ərazilərində Aymara induları tərəfindən yetişdirildiyini göstərən dəlillər var.

NASA gələcəkdə Peruda Mars tədqiqat mərkəzi qurmağı planlaşdırır.

Bu mərkəzdə Marsın relyefi və atmosferinin ideal kopiyası yaradıla bilər. Əldə olunacaq nəticələr Marsa və Günəş sisteminin başqa planetlərinə insanın iştirakı ilə missiyaların göndərilməsinə xidmət edə bilər.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___