Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Etik qaydaları pozan dövlət qulluqçuları cəzalandırılıb
Tarix: 22-02-2016 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Etik qaydaları pozan dövlət qulluqçuları cəzalandırılıb
7 nəfərin maaşı azaldıldı.

Ötən il ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.

"Xəbəraz.az "-ın məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın illik hesabatında bildirilib.

Ümumilikdə hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-i töhmət, 27-i vəzifə maaşının azadılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilən 321 intizam tənbeh tədbirindən 285-i - töhmət, 27-i – vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i – dövlət qulluğundan azad edilmə olub.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
13-03-2015, 01:08 İnanılmaz Yetənək

bütün xəbərlər
____ Instagram ___